Hər gün milyon dollarlıq fırıldaq: Türkiyədə azərbaycanlıların da olduğu şəbəkə İFŞA EDİLDİ
İstanbulda aralarında azərbaycanlıların da olduğu beynəlxalq cinayətkar dəstənin üzvləri saxlanılıb.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə "Sabah" qəzeti məlumat yayıb.
Həmin şəxslər müxtəlif ölkə vətəndaşlarını investisiya və "Forex"də qazanc vədi ilə aldadıblar.
Ticarət mərkəzlərinin birində "Vend Teknoloji" adı altında guya çağrı mərkəzi kimi fəaliyyət göstərən şirkətin əslində Yaponiya və Cənubi Koreya vətəndaşlarını hədəf alan beynəlxalq fırıldaqçılıqla məşğul olduğu aşkar edilib.
Şirkət rəhbərlərinin mobil telefonlarında çox sayda müxtəlif istifadəçi hesablarının olduğu, müəssisənin hesablarına gündəlik təqribən 1 milyon dollar məbləğində vəsaitin daxil olduğu və əldə edilən qanunsuz gəlirlərin ölkə daxilində leqallaşdırıldığı müəyyənləşdirilib.
Toplanmış sübutlar əsasında həmin rezidensiyada təşkil edilən əməliyyat zamanı axtarış və müsadirə tədbirləri həyata keçirilib. Reyd nəticəsində üçü Azərbaycan, biri Qırğızıstan, biri Özbəkistan, biri Cənubi Koreya və biri Yaponiya vətəndaşı olmaqla ümumilikdə 56 şübhəli şəxs nəzarətə götürülüb.
Hazırda istintaqın xüsusilə külli miqdarda dələduzluq, Kapital Bazarı Qanununun pozulması, cinayət törətmək məqsədilə mütəşəkkil dəstə yaratmaq və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması maddələri üzrə hərtərəfli şəkildə davam etdirildiyi bildirilir.
Oxşar xəbərlər
Bakıda TDT Xəritəçəkmə Qurumları Rəhbərlərinin ikinci iclası keçirilib, bəyannamə qəbul edilib
Yeni Klinikada Yeni Robotik Reabilitasiya və Sümük İliyi Transplantasiyası mərkəzlərinin açılışı olub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Fransa insan hüquqlarının müdafiəsi sahəsindəki tənqidə görə ABŞ-dən üzr istəyib
-
Böyük Britaniya və Aİ sammiti yenidən təxirə salınıb
-
Premyer Liqanın V turunda "Zirə" və "Qarabağ" heç-heçəyə razılaşıb
-
"Beşiktaş" "Flamenqo"nun futbolçusunu icarəyə götürür
-
Fars körfəzi ölkələrinin XİN başçılarının Oman görüşü təxirə salınıb
-
Tramp Ağ Evin mətbuat katibi işini Rubio və Bessentə tapşırıb













