Azərbaycan bitki və heyvan mənşəli piy-yağ ixracından gəlirini 50 % artırıb
Bu ilin yanvar-iyun aylarında Azərbaycan 17 milyon 383 min ABŞ dolları dəyərində 11 min 744 ton bitki və heyvan mənşəli piy və yağ ixrac edib.
"Far.Az" bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə ixrac edilən məhsulun dəyəri 5 milyon 791 min ABŞ dolları (50 %), həcmi isə 2 min 525 ton (27,4 %) artıb.
Hesabat dövründə bitki və heyvan mənşəli piylər və yağların ixracından əldə olunan gəlir Azərbaycanın ümumi ixrac gəlirlərinin 0,1 %-ni təşkil edib.
6 ay ərzində Azərbaycan həmçinin 135 milyon 953 min ABŞ dollar dəyərində 83 min 321 ton bitki və heyvan mənşəli piy və yağ idxal edib.
Bunlar isə, ötən ilin eyni dövrünə nisbətən dəyər baxımından 16 milyon 903 min ABŞ dolları (14,2 %) , həcm baxımından isə 6 min 255 ton (8,1 %) çoxdur.
Hesabat dövründə bitki və heyvan mənşəli piylər və yağların idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 1,6 %-ni təşkil edib.
Dövlət Gömrük Komitəsinin məlumatına görə, 6 ayda Azərbaycan xarici ölkələrlə 24 milyard 661 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, illik müqayisədə 1,1 % çoxdur.
Xarici ticarət dövriyyəsinin 16 milyard 320 milyon ABŞ dolları ixracın, 8 milyard 341 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 26,7 % artıb, idxal isə 27,6 % azalıb
Oxşar xəbərlər
Şahin Bağırov: "Azərbaycanın gömrük sistemi elə bir səviyyəyə çatıb ki, təcrübəsini digər dövlətlərə təqdim edir" – MÜSAHİBƏ
Şahin Bağırov: "Azərbaycanın gömrük sistemi elə bir səviyyəyə çatıb ki, təcrübəsini digər dövlətlərə təqdim edir"
Azərbaycan piy və yağ ixracından gəlirini 57 % artırıb
Yurdumuza bahar gəlir!
Dövlət Gömrük Komitəsi media nümayəndələri üçün mediatur təşkil edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Axios": İran dörd günlük atəşkəsdən sonra ABŞ-nin İordaniyadakı bazasına ballistik raketlər atıb
-
2026-cı ilin birinci yarısında mədəni irsin qorunması və idarə olunması sahəsində görülən işlər
-
Bu ilin ilk 6 ayında Azərbaycandakı muzeylərə 3893 yeni eksponat daxil olub
-
Milli Qvardiyanın yaradıcısı polkovnik Azər Babayev vəfat edib
-
Küləkli havada özlərini riskə atanlar danışdılar: "Bir balaca irəli getsən, dəniz aparar"
-
Yaponiyada baş verən zəlzələdə azı altı nəfər həlak olub













