"Bloomberg" ərzaq qiymətlərinin artım riski barədə xəbərdarlıq edib
Far.Az xəbər saytı

"Bloomberg" ərzaq qiymətlərinin artım riski barədə xəbərdarlıq edib


Əlverişsiz hava şəraiti, Rusiya-Ukrayna münaqişəsi və Yaxın Şərqdəki hərbi əməliyyatlar dünyada ərzaq qiymətlərinin artımının yeni dalğasına səbəb ola bilər.

"Report" xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.

məlumata görə, Rusiya və Ukrayna dünya buğda ticarətinin dörddə birindən çoxunu, günəbaxan yağı ixracının təxminən üçdə ikisini və qarğıdalı ixracının onda bir hissəsini təmin edir, lakin Qara dəniz vasitəsilə tədarüklər çətin olaraq qalmaqdadır.

Agentlik qeyd edir ki, Avropada onilliklər ərzində taxıl istehsalının ən çox azalmasına səbəb ola biləcək ekstremal istilər, quraqlıq və meşə yanğınları vəziyyəti daha da ağırlaşdırır. Bundan əlavə, ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatı yanacaq və gübrə qiymətlərinin artmasına səbəb olub.

"Bloomberg" Sakit okeanın səth sularının temperaturunun anormal artması ilə xarakterizə olunan, ən böyük düyü istehsalçıları və ixracatçılarına mənfi təsir göstərə bilən El-Ninyo iqlim hadisəsini daha bir risk faktoru adlandırır.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər