Pakistanda törədilən terror aktı nəticəsində ölənlərin sayı 14-ə çatıb
Far.Az xəbər saytı

Pakistanda törədilən terror aktı nəticəsində ölənlərin sayı 14-ə çatıb


Pakistanın Hayber-Paxtunxva əyalətindəki polis bölməsi yaxınlığında törədilmiş terror aktı nəticəsində ölənlərin sayı 14-ə çatıb, 20 nəfər isə yaralanıb.

"Report" "Dawn" qəzetinə istinadən xəbər verir ki, polis əməkdaşları bölmənin girişində onu saxlamağa və yoxlamağa cəhd etdikdən sonra kamikadze partlayıcı qurğunu işə salıb.

Qeyd olunub ki, partlayış həmin vaxt Svat vadisində terror fəaliyyətinin artmasına qarşı izdihamlı mitinqin keçirildiyi Kabal-Çouk meydanının yaxınlığında baş verib.

Daha əvvəl yeddi nəfərin öldüyü, 18 nəfərin isə xəsarət aldığı bildirilmişdi.

Oxşar xəbərlər

Bakıda obyektdə güclü PARTLAYIŞ - 7 nəfər xilas edilib, yaralılar var
Amnistiya aktı məntəqə tipli cəzaçəkmə müəssisəsində icra olunub
Kanada Azərbaycan Məktəbi 2026-cı il məzunlarını təntənəli mərasimlə yola salıb
Zəfər Gününün 5-ci ildönümü Pakistanda təntənəli şəkildə qeyd olunub
Pakistanda İkinci Qarabağ müharibəsindəki qələbəyə həsr edilən kitab təqdim olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər