AYNA müxtəlif istiqamətlər üzrə müntəzəm avtobus marşrutlarını müsabiqəyə çıxarır
Far.Az xəbər saytı

AYNA müxtəlif istiqamətlər üzrə müntəzəm avtobus marşrutlarını müsabiqəyə çıxarır


Bakı-Gəncə, Bakı-Şəki, Bakı-Kürdəmir, Bakı-İsmayıllı, Bakı-Qusar, Bakı-Xudat, Sumqayıt-Sınıq Körpü, Lənkəran-Astara, Astara-Lənkəran, Mingəçevir-Gəncə, Mingəçevir-Tərtər, Mingəçevir- Zaqatala, Yevlax-Lənkəran, Şəki-Mingəçevir, Beyləqan-Gəncə istiqamətlərində, həmçinin qanunvericiliyin tələblərinə uyğunlaşdırılması məqsədilə Xankəndidə 1, 2 və 3 nömrəli şəhərdaxili avtobus marşrutları müsabiqəyə çıxarılır.

"Report" bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

Sənədlər 1 sentyabr saat 17:00-dək AYNA-da (ünvan: Bakı şəhəri, Hacı Məmmədov küçəsi 5; əlaqələndirici şəxs: Anar Məmmədov (mob: 077-455-99-06, e-poçt: anar.mammadov@ayna.gov.az) qəbul ediləcək.

Qeyd edək ki, müsabiqəyə əsas avtobuslarla yanaşı, ehtiyat nəqliyyat vasitələri də təqdim olunmalıdır.

İddiaçıların təkliflərinə komissiya tərəfindən Bakı-Gəncə, Bakı-Şəki, Bakı-Kürdəmir, Bakı-İsmayıllı, Bakı-Qusar, Bakı-Xudat, Sumqayıt-Sınıq Körpü və Lənkəran-Astara istiqamətlərində 8 lot üzrə sentyabrın 15-də;

Astara-Lənkəran, Mingəçevir-Gəncə, Mingəçevir-Tərtər, Mingəçevir-Zaqatala, Yevlax-Lənkəran, Şəki-Mingəçevir və Beyləqan-Gəncə istiqamətlərində, eləcə də Xankəndidə 1 nömrəli (Qarabağ Universitetinin Klinikası – Zəfər Parkı), 2 nömrəli (Kərkicahan qəsəbəsi – Təbriz küçəsi) və 3 nömrəli (Qarabağ Universitetinin Klinikası – Şəhər mərkəzi) şəhərdaxili marşrutlar üzrə 8 lotda sentyabrın 18-də baxılacaq.

Lotlar üzrə marşrutların qrafikləri haqqında məlumatı buradan əldə etmək mümkündür.

Oxşar xəbərlər

AYNA: Gəncədə 22 müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır
Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılıb
AYNA: Müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır
AYNA: Azərbaycanın müxtəlif istiqamətlərində müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır
Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər