Bu zubrlar Şahdağda dünyaya gəlib
Far.Az xəbər saytı

Bu zubrlar Şahdağda dünyaya gəlib


Bu il Şahdağ Milli Parkında 8 zubr balası dünyaya gəlib.

Far.Az xəbər verir ki, bu barədə WWF Azərbaycan məlumat yayıb.

Bildirilib ki, onlardan ikisinin valideynləri isə 2022-ci ildə Azərbaycanda doğulan zubrlardır. Yəni Azərbaycanda reintroduksiya edildikdən sonra ölkəmizdə doğulan zubrlar artıq özləri də nəsil verməyə başlayıblar.

Qeyd edək ki, zubrlar vaxtilə Avrasiyada çox geniş arealda yayılsa da, ötən əsrin əvvəllərində vəhşi təbiətdə nəsli, demək olar ki, kəsilib. Qafqaz dağlarında sonuncu zubr 1927-ci ildə öldürülüb. Hazırda dünyada mövcud olan zubrların böyük əksəriyyəti zooparklarda artırılır.

Ölkəmizdə Avropa bizonunun təbiətimizə introduksiyası üçün tədbirlər həyata keçirilir. Şahdağ Milli Parkının İsmayıllı rayonunun inzibati ərazisinə aid olan hissəsində 305 hektar sahə ayrılıb, ərazidə zubrların çoxaldılıb təbiətə buraxılması üçün kompleks inşa edilib. 2019-cu ilin may ayından etibarən Almaniya, Belçika, Hollandiya zooparklarından Azərbaycana 12 baş bizon gətirilib.

Oxşar xəbərlər

Almaniyadan Azərbaycana 18 zubr yola salınıb
Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak ediblər
Heydər Əliyev Mərkəzində "Vəhşi təbiətin super qəhrəmanları" sərgisi açılıb
Prezident İlham Əliyev Xankəndi şəhərində Zəfər parkının açılışında iştirak edib
Sumqayıt Sənaye Parkında karton və qutu taralarının istehsalı müəssisəsinin açılışı olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər