Novorossiyskə PUA hücumu nəticəsində 1 nəfər ölüb, 8 nəfər yaralanıb
Far.Az xəbər saytı

Novorossiyskə PUA hücumu nəticəsində 1 nəfər ölüb, 8 nəfər yaralanıb


Novorossiyskə pilotsuz uçuş aparatları (PUA) vasitəsilə endirilən zərbə nəticəsində səkkiz yaşlı uşaq həlak olub, biri uşaq olmaqla səkkiz nəfər xəsarət alıb.

"Report" Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Krasnodar diyarının qubernatoru Veniyamin Kondratyev məlumat verib.

"Krasnodar diyarı bütün gecə boyu Ukrayna Silahlı Qüvvələrinin bir neçə yüz pilotsuz uçuş aparatının kütləvi hücumunu dəf edib. Novorossiysk, Anapa, Gelencik və Temryukda mülki obyektlər və dinc sakinlərin evləri növbəti dəfə zərbəyə məruz qalıb. Təəssüf ki, bu qeyri-insani zərbələr nəticəsində həlak olanlar və xəsarət alanlar var", - o qeyd edib.

PUA qalıqları çoxmənzilli binalar da daxil olmaqla 21 yaşayış evinə, eləcə də dörd müəssisəyə düşüb. Yerlərdə operativ və xüsusi xidmət orqanları işləyir. Yaxın vaxtlarda bələdiyyə komissiyası PUA hücumunun fəsadlarının qiymətləndirilməsinə başlayacaq. Müvəqqəti yerləşdirmə məntəqələri açılıb. Hazırda orada 90-a yaxın insan var.

Bundan başqa, zərbə nəticəsində Novorossiyskdə yerüstü yol ötürücüsü uçub.

Oxşar xəbərlər

Heydər Əliyev Mərkəzində "Vəhşi təbiətin super qəhrəmanları" sərgisi açılıb
İlham Əliyev Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak edib
İlham Əliyev Zəngilanda ilk yaşayış kompleksinə köçən ailələrlə görüşüb
Həştərxan vilayətinin vitse-qubernatoru Fəxri xiyabanı ziyarət edib
Azərbaycan Kuboku: "Sabah" - "Zirə" oyununda hesab açılıb - YENİLƏNİR

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər