Tramp Levittin Ağ Evin mətbuat katibi vəzifəsindən ayrılması barədə məlumat verib
Ağ Evin mətbuat katibi Kerolayn Livitt şəxsi səbəblərə görə bu ilin avqust ayının sonunda vəzifəsini tərk edəcək.
"Report" xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "Truth Social" sosial şəbəkəsində məlumat yayıb.
"Ağ Evin möhtəşəm mətbuat katibi və mənim ən etibarlı köməkçilərimdən biri Kerolayn Levitt öz gözəl balaca uşaqları və ailəsi ilə daha çox vaxt keçirmək üçün ayın sonunda vəzifəsini tərk edəcək. Tam anladığım və hörmət etdiyim bir qərar!" - o yazıb.
Trampın sözlərinə görə, Levitt onun xarici məsələlər üzrə müşaviri olacaq və aralıq seçkiləri ərəfəsində Respublikaçılar Partiyasının işində iştirak edəcək.
"Kerolayn Ağ Evdə əsl lider olub və 2018-ci ildən bəri ədalət, azadlıq və sərbəstlik uğrunda mübarizə apararaq, o cümlədən 2024-cü ildəki tarixi yenidən seçilmə kampaniyamız da daxil olmaqla, fenomenal bir iş görüb. Kerolayn bu vəzifənin bütün tarixi ərzində Ağ Evin ən yaxşı mətbuat katiblərindən biri olub. Əla görülmüş işə görə sənə təşəkkür edirəm, Kerolayn", - Amerika lideri yekunlaşdırıb.
Oxşar xəbərlər
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Balıkesirdəki zəlzələ zamanı 25 bina zərər görüb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Sədərək-Binə yolunda lampa daşıyan yük maşını kül oldu
-
Bu gün Beynəlxalq Gənclər Günüdür
-
ABŞ hərbçiləri Oman körfəzində yük gəmisini vurub
-
Maltada Etna vulkanının kül buluduna görə onlarla aviareys ləğv edilib
-
Bir-dən təqaüdçülər üçün "Hər yaşa dost" təşəbbüsü
-
Zelenski: Kəşfiyyat Rusiyanın payızda səfərbərliyə hazırlaşdığını təsdiqləyir













