Macarıstan AES-in işini dəstəkləmək üçün Dunay çayında daş qurğu tikəcək
Far.Az xəbər saytı

Macarıstan AES-in işini dəstəkləmək üçün Dunay çayında daş qurğu tikəcək


Macarıstan "Pakş" atom elektrik stansiyasının (AES) soyudulması üçün zəruri olan suyun səviyyəsini qaldırmaq məqsədilə Dunay çayında daş sədd tikəcək.

"Far.Az" xəbər verir ki, bu barədə Macarıstanın Baş naziri Peter Madyar sosial şəbəkədə məlumat yayıb.

"Biz təqribən 145 min kubmetr daşdan istifadə etməklə Dunay səddinin tikintisinə dərhal başlanması barədə göstəriş verdik, həmçinin iki 80 metrlik barjanın mümkün batırılmasına hazırlıqla bağlı addımlar atdıq. İşlərə artıq başlanılıb", - məlumatda bildirilib.

Madyar əlavə edib ki, Macarıstanın Müdafiə Nazirliyi Dunayda səddin tikintisinə dəstək məqsədilə 100 hərbi qulluqçu ayırıb, işlər gecə-gündüz aparılacaq.

Qeyd edək ki, son aylarda davam edən uzunmüddətli quraqlıq və anomal istilər Avropanın ən böyük çaylarından birinin dayazlaşmasına gətirib çıxarıb. Dunayda suyun səviyyəsi rekord səviyyəyə qədər aşağı düşüb və "Pakş" AES 44 illik fəaliyyəti ərzində ilk dəfə olaraq bağlanmaq təhlükəsi ilə üzləşib.

Dörd reaktorun soyudulması üçün Dunay suyundan istifadə edən "Pakş" AES hazırda suyun səviyyəsinin aşağı olması səbəbindən 2000 meqavatlıq gücünün 10%-dən bir qədər çox hissəsi ilə işləyir. O, Macarıstanın istehlak etdiyi elektrik enerjisinin təxminən üçdə bir hissəsini təmin edir.

Oxşar xəbərlər

İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
WUF13 yüksəksəviyyəli sessiyalar və rekord sayda iştirakçı ilə uğurla başa çatıb
Prezident İlham Əliyev "AZWOOL" mineral daş yunu zavodunun açılışında iştirak edib
Bakıda "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının rəsmi açılış mərasimi keçirilib
Daş Salnamə Muzeyində "Suyun sirri" pantomim tamaşası təqdim olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər