Biləsuvar sakinini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb - YENİLƏNİB
Far.Az xəbər saytı

Biləsuvar sakinini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb - YENİLƏNİB


Biləsuvar rayon sakinini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.

"Report"un Muğan bürosunun məlumatına görə, avqustun 13-də saat 20:00 radələrində 1982-ci il təvəllüdlü Şölət Rüstəmlinin Biləsuvar rayonunun Dərvişli kəndi ərazisində kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

Münaqişə zəminində həmin cinayət əməlini törətməkdə şübhəli bilinən 16 yaşlı S.Ş. polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Biləsuvar rayonunda qətl hadisəsi baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə rayonun Dərvişli kəndində qeydə alınıb.

İlkin məlumata görə, kənd sakinləri arasında baş verən mübahisə bıçaqlanma ilə yekunlaşıb.

Bıçaq xəsarəti alan kişi rayon xəstəxanasına aparılan zaman yolda ölüb.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

İlham Əliyev Xocavənd şəhər və Xocavənd kənd sakinləri ilə görüşüb
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Prezident İlham Əliyev Şuşanın Böyük Qaladərəsi kəndində görülən işlərlə tanış olub, sakinlərlə görüşüb
Bakıda keçirilən WUF13 Festivalı ictimai proqramla yekunlaşıb – YENİLƏNİB
İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər