Yaponiyada güclü leysan yağışları nəticəsində ölənlərin sayı 8 nəfərə yüksəlib - YENİLƏNİB
Far.Az xəbər saytı

Yaponiyada güclü leysan yağışları nəticəsində ölənlərin sayı 8 nəfərə yüksəlib - YENİLƏNİB


Yaponiyanın Tiba prefekturasında şiddətli yağışlar nəticəsində həlak olanların sayı səkkiz nəfərə yüksəlib.

"Report" xəbər verir ki, bu barədə Yaponiya mediası yerli hakimiyyət orqanlarının məlumatlarına istinadən xəbər verir.

Bildirilir ki, onların bir çoxu su basmış yeraltı keçiddə bağlı qalmış avtomobillərin içində ilişib qalıb.

Bundan əlavə, dörd nəfər yüngül xəsarət alıb.

Tiba, İtihara şəhərlərində və digər rayonlarda leysan yağışları və torpaq sürüşmələri nəticəsində ən azı 70 dağıntı halı qeydə alınıb.

Tiba prefekturasının 19 tibb müəssisəsində elektrik enerjisi kəsilib. Ümumilikdə, güclü yağışlar səbəbindən təxminən 22 370 ev təsərrüfatı elektrik enerjisiz qalıb.

Avqustun 13-dən başlayan şiddətli yağışlar ictimai nəqliyyatın işini iflic edib, nəticədə bir çox insan evlərinə qayıda bilməyib. Təxminən 1 800 nəfər gecəni Tiba prefekturasının inzibati binasında keçirib.

Əvvəllər Tiba prefekturasında 5-ci səviyyəli şiddətli yağışlar barədə xüsusi xəbərdarlıq elan edilmişdi.

Yaponiyanın mərkəzi hissəsində güclü leysan yağışları nəticəsində azı beş nəfər həlak olub, bir nəfər isə itkin düşüb.

"Report" xəbər verir ki, bu barədə təbii fəlakətin əsas zərbəsinə məruz qalan Tiba prefekturasının hakimiyyət orqanları məlumat verib.

Yaponiyanın İnzibati İşlər və Kommunikasiya Nazirliyinin məlumatına görə, cümə günü səhər saatlarına kimi Tiba və qonşu İbaraki prefekturasının ən azı 120 min sakini üçün təxliyə göstərişləri qüvvədə qalıb.

Şiddətli yağışlar səbəbindən dəmir yolu nəqliyyatında, o cümlədən Narita hava limanını Tokio ilə birləşdirən xəttlərdə fasilələr yaranıb. Yaponiya paytaxtına gedə bilməyən 7 minə yaxın insan hava limanında qalıb.

Ölkənin mərkəzi hissəsinin ayrı-ayrı rayonlarında bir sutka ərzində 360 mm-dən çox yağıntı düşüb. Güclü yağışlar elektrik verilişi xətlərinin zədələnməsinə də səbəb olub.

Tiba prefekturasında azı 25 min ev təsərrüfatı elektriksiz qalıb. Hakimiyyət orqanları təbii fəlakətin nəticələrini aradan qaldırmaqda davam edir və sakinləri təxliyə göstərişlərinə əməl etməyə çağırır.

Oxşar xəbərlər

Su basmış ərazilərdən 118 nəfər təxliyə edilib
Şimal-qərb bölgəsində leysan yağışları olub, dolu düşüb
Su basmış ərazilərdən 20-si azyaşlı olmaqla 84 nəfər təxliyə edilib
Su basmış ərazilərdən 118 nəfər təxliyə edilib - YENİLƏNİB-4
FHN: Bakı, Sumqayıt və Abşeronda su basmış ərazilərdən 42 nəfər təxliyə edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər