Avropa Komissiyası miqrantlarla bağlı gərginliyi şərh etməkdən imtina edib
Avropa Komissiyası (AK) Avropa İttifaqının (Aİ) yeni paktı çərçivəsində sığınacaq axtaranların geri qaytarılması ilə bağlı İtaliya və Almaniya arasındakı mübahisəni şərh etməkdən imtina edib.
"Far.Az"un Avropa bürosunun verdiyi məlumata görə, Avropa Komissiyasının nümayəndəsi Giyom Mersye Brüsseldə keçirilən brifinqdə bildirib ki, AK yeni qaydaların reallaşdırılması ilə bağlı Avropa İttifaqının bütün ölkələri ilə əlaqə saxlayır.
Münaqişə Romanın Dublin sazişinə əsasən miqrantları (Almaniyada müraciət edən, lakin Aİ-yə ilk dəfə İtaliya vasitəsilə daxil olanları) qəbul etməkdən imtina etməsi səbəbindən yaranıb. Bundan başqa, İtaliya ümumi miqrant sayından dənizdə Almaniya QHT-lərinin gəmiləri tərəfindən xilas edilərək ölkəyə gətirilən miqrantların sayını çıxmağı təklif edib.
Mersye İtaliyadan belə bir sorğunun daxil olduğunu təsdiqləməyib və ona hüquqi qiymət verməyib. O, yalnız qeyd edib ki, AK bütün Aİ ölkələri ilə sıx əlaqədədir və Miqrasiya Paktına riayət olunmasını izləməyə davam edəcək.
Oxşar xəbərlər
QHT-lərə dövlət dəstəyinin "bir pəncərə"li yeni mexanizmi yaradılıb
Bakıda TDT-yə üzv ölkələrin QHT-lərinin II Həmrəylik Forumu keçirilib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakıda 3 küçədə yollar bağlanacaq - Təmir işlərinə görə
-
Sakinlər imdad dilədilər: "Ən pis yer-yurd buradır, səsimizi çatdırın"
-
Kolumbiyada 7,4 bal gücündə zəlzələ: 55 ölü var - DƏHŞƏTLİ KADRLAR
-
Kolumbiyada zəlzələ nəticəsində ölənlərin sayı 132-yə çatıb - YENİLƏNİB-8
-
Tramp: ABŞ Hörmüz boğazını minalardan tamamilə təmizləyib
-
ABŞ, Ermənistan və Azərbaycan Sülh Sammitinin ildönümü ilə bağlı Birgə Bəyanat yayıb













