Ətrafı tullantılarla çirkləndirən "Ford" sürücüsünə Baş Dövlət Yol Polisi İdarəsindən REAKSİYA
Far.Az xəbər saytı

Ətrafı tullantılarla çirkləndirən "Ford" sürücüsünə Baş Dövlət Yol Polisi İdarəsindən REAKSİYA


Baş Dövlət Yol Polisi İdarəsinin (DYP) bölmə rəisi Elvin Hacıyev sosial şəbəkələrdə ətrafı tullantılarla çirkləndirən sürücünün görüntüləri ilə bağlı açıqlama verib.

Qurum rəsmisi BAKU.WS-ə açıqlamasında qeyd edib ki, bu addım etik prinsiplərə zidddir və vətəndaşlar bu kimi əməllərdən çəkinməlidir.

"Qanunvericiliyə əsasən nəqliyyat vasitəsindən bayıra hər hansı əşya atmaq qadağandır və buna görə də İnzibati Xətalar Məcəlləsində kifayət qədər ciddi cərimə məbləğləri nəzərdə tutulub. Belə hallar aşkarlandığı təqdirdə DYP tərəfindən müvafiq tədbir görülür. Lakin, hərəkət iştirakçısı yalnız cəza təhdidi altında deyil, məhs ətraf mühitə ziyan vurduğunu, bu addımın etik prinsiplərə zidd olduğunu nəzərə alaraq, bu kimi əməllərdən çəkinməlidir. Bu sahədə xüsusilə ictimai nəzarət tədbirlərini gücləndirilməsi zəruri hesab edilir".

Ətrafı tullantılarla çirkləndirən

*** 25.08.2026 12:09

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova görüntülərə münasibət bildirib.

Qurum rəsmisi BAKU.WS-ə açıqlamasında bildirib ki, hərəkətin nümayişkaranə şəkildə lentə alınması təəssüf doğurur:

İ.İbrahimova onu da qeyd edib ki, təbiətə qarşı bu cür məsuliyyətsiz münasibət yolverilməzdir.

"Tullantıların ətraf mühitə atılması, xüsusilə də bu hərəkətin nümayişkaranə şəkildə lentə alınması təəssüf doğurur. Ətraf mühitin qorunması hər bir şəxsin məsuliyyətidir və bu istiqamətdə cəmiyyətin hər bir üzvü nümunəvi davranış nümayiş etdirməlidir. Görüntülərdə əks olunan şəxsin kimliyinin müəyyən edilməsi istiqamətində polis araşdırma aparır".

Ətrafı tullantılarla çirkləndirən

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın sədr müavini Amin Məmmədov da BAKU.WS-ə açıqlamasında mövzuya münasibət bildirib.

O vurğulayıb ki, bu ekoloji tərbiyə ilə bağlı bir hadisədir və bu addım qınanılmalıdır:

"Belə bir hərəkət sürücü tərəfindən edilibsə, bu, cəmiyyət tərəfindən qınaq obyektinə çevrilməlidir. Yəni ondan qabaq da artıq o ərazini kimsə artıq zibilləyibdir. Bu özü də yaxşı hal deyil. Yəni həmin sürücünün də ora əlavə zibil atmağı və bunu da sosial şəbəkədə paylaşmağı əslində məntiqsizdir. Bunu tənqid etmək yerinə, əksinə, bir az da bu ətraf mühiti tullantı ilə çirkləndirməyi ilə fəxr edir. Bu da cəmiyyətdə çox təəssüf ki, neqativ bir haldır. Ekoloji tərbiyə ilə bağlı bir məsələdir və ümumiyyətlə, bu ümumi tərbiyə ilə bağlı bir məsələdir. Bunu da ətraf mühitin qorunması sahəsində fəaliyyət göstərən ictimaiyyət nümayəndələri olaraq biz qınayırıq və bu cür halların baş verməməsini arzu edirik".

Ətrafı tullantılarla çirkləndirən

*** 11:25

Sosial şəbəkələrdə ətrafı tullantılarla çirkləndirən sürücünün görüntüləri yayılıb.

BAKU.WS xəbər verir ki, "Ford" markalı avtombilin sürcüsü maşınını bir yerdə saxlayıb, içindəki bütün plastik butulkaları kənara atmağa başlayıb.

O bu hərəkətini normal bir addımı kimi videoya çəkərək sosial şəbəkələrdə yayıb.

İstifadəçilər onu bu hərəkətinə görə qınayıblar. Onlar sürücünün bu addımının doğru olmadığını qeyde diblər.

Sözügeedən görüntüləri təqdim edirik:

Oxşar xəbərlər

Ətrafı tullantılarla çirkləndirən "Ford" sürücüsünə ETSN-dən REAKSİYA
Ətrafı tullantılarla çirkləndirən "Ford" sürücüsü tənqid edildi
Şəhid olmuş bir qrup hərbi qulluqçu və mülki işçi ölümündən sonra təltif olunub
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər