Yaxın Şərqdəki münaqişə: Altı ayda "Brent"in qiyməti 70-126 dollar arasında dəyişib
Far.Az xəbər saytı

Yaxın Şərqdəki münaqişə: Altı ayda "Brent"in qiyməti 70-126 dollar arasında dəyişib


ABŞ-İran müharibəsinin başlamasından ötən təxminən 6 aylıq müddət ərzində "Brent" markalı xam neftin bir berelinin qiyməti 70-126 dollar arasında geniş diapazonda dəyişib.

Far.Az xəbər verir ki, müharibənin enerji bazarında yaratdığı qeyri-müəyyənliklər neft qiymətlərində dalğalanmalara səbəb olur. Neft qiymətləri enerji böhranı və geosiyasi risklər fonunda müxtəlif istiqamətlərdə dəyişir. "Brent"in qiyməti hücumlardan əvvəlki son ticarət günü olan fevralın 27-də 72,48 dollar təşkil edib. Müharibənin ilk günlərindən bəri Hörmüz boğazında və Yaxın Şərqdə tədarükün pozulması bazarda narahatlıqlar yaradıb və qiymətin artmasına səbəb olub. "Brent"in qiyməti aprel ayı ərzində danışıqlar xəbərləri və regional gərginliklərin təsiri ilə 86-126 dollar arasında dəyişib. Aprelin 30-da isə son 4 ilin ən yüksək səviyyəsi olan 126,41 dollara çatıb.

Sonrakı aylarda diplomatik əlaqələrlə bağlı gözləntilərin güclənməsi qiymətlərə aşağı istiqamətli təzyiq göstərib, danışıqlar prosesi ilə bağlı ziddiyyətli açıqlamalar "Brent" neftinin qiymətinin dəyişkən hərəkətini dəstəkləyib.

ABŞ və İran arasında razılaşma xəbərləri ilə "Brent"in qiyməti iyulun 2-də 70,14 dollara düşüb, qiymət müharibədən əvvəlki səviyyədən də aşağı enib. Lakin danışıqlardan davamlı nəticənin olmaması, ABŞ administrasiyasının İranı sanksiyalarla hədələməsi və Hörmüz boğazından məhdud tranzit fonunda "Brent"in qiyməti avqustun 21-də 93 dollara yaxınlaşıb. İran və Oman arasında Hörmüz boğazında müvəqqəti dəhliz yaratmaq barədə razılaşmadan sonra isə avqust 26-da "Brent" neftinin qiyməti 86 dollara enib.

Londonun ICE birjasında "Brent"in bir bareli 87 dollar, Nyu-Yorkun NYMEX birjasında "Light" markalı xam neftin bir barelinin qiyməti 81 dollar civarındadır.

Ekspertlərə görə, Hörmüz boğazından məhdud keçid, regionda ara-sıra baş verən hərbi toqquşmalar və ölkələrin strateji neft ehtiyatlarını artırmaq səyləri riskləri aktiv saxlayır və neft qiymətlərindəki qeyri-müəyyənliyi dəstəkləyir. Qiymətlərin azalmasına ABŞ-nin İrana qarşı yeni hərbi hücumlar başlatması ehtimalının azalması və Hörmüz boğazından neft axınının artması gözləntiləri təsir edib. Hörmüz boğazından ticarət keçidinin artması gözləntiləri bölgədəki təchizat riskləri ilə bağlı riski azaltsa da, neft qiymətlərinə aşağı təzyiqi artırsıb, boğazın statusu ilə bağlı qeyri-müəyyənlik və bölgədə davam edən geosiyasi risklər isə qiymətin daha da azalmasını məhdudlaşdırır.

Oxşar xəbərlər

İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Ət əvəzinə hamı balıq alır - Bazarda SON QİYMƏTLƏR
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər