Azərbaycanın Türkiyə ilə ticarət dövriyyəsi 3 % azalıb
Far.Az xəbər saytı

Azərbaycanın Türkiyə ilə ticarət dövriyyəsi 3 % azalıb


Bu ilin yanvar-iyul aylarında Azərbaycan və Türkiyə arasında ticarət dövriyyəsinin dəyəri 3 milyard 280 milyon 18 min 870 ABŞ dolları təşkil edib.

"Far.Az"un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 103 milyon 998 min ABŞ dolları (3 %) azdır.

Son 1 ildə Azərbaycanın Türkiyəyə ixracının dəyəri 2,9 % azalaraq 1 milyard 949 milyon 138 min ABŞ dolları, idxalının dəyəri isə 3,2 % azalaraq 1 milyard 330 milyon 880 min ABŞ dolları olub.

Hesabat dövründə Türkiyə ilə ticarət ümumi dövriyyənin 11,2 %-i qədər olub. O cümlədən, ixrac ümumi ixracın 10 %-ni, Türkiyədən idxal isə ümumi idxalın 13,4 %-ni təşkil edib.

7 ayda Azərbaycan xarici ölkələrlə 29 milyard 216 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 1,3 % çoxdur. Xarici ticarət dövriyyəsinin 19 milyard 336 milyon ABŞ dolları ixracın, 9 milyard 881 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 27 % artıb, idxal isə 27,4 % azalıb. Son nəticədə xarici ticarətdə 9 milyard 455 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 5,9 dəfə çoxdur.

Oxşar xəbərlər

Şahin Bağırov: "Azərbaycanın gömrük sistemi elə bir səviyyəyə çatıb ki, təcrübəsini digər dövlətlərə təqdim edir" – MÜSAHİBƏ
Şahin Bağırov: "Azərbaycanın gömrük sistemi elə bir səviyyəyə çatıb ki, təcrübəsini digər dövlətlərə təqdim edir"
İrandan Azərbaycana indiyədək 2 949 vətəndaşı təxliyə olunub
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər