"Deməli, istədiyi sürətlə sürə bilər" - Salyanda yol niyə sakinlərin kabusuna çevrilib?
Far.Az xəbər saytı

"Deməli, istədiyi sürətlə sürə bilər" - Salyanda yol niyə sakinlərin kabusuna çevrilib?


Salyanın Yolüstü kəndindən keçən Salyan-Şirvan avtomobil yolunun vəziyyəti sakinlərin ciddi narahatlığına səbəb olub.

Kənd sakinləri yolda yüksək sürətlə hərəkət edən avtomobillərin yaratdığı təhlükədən, məhdudlaşdırıcı yol nişanlarının və işıqforların olmamasından şikayətlənirlər.

Sakinlərin sözlərinə görə, sözügedən yolda dəfələrlə ağır, hətta ölümlə nəticələnən yol-nəqliyyat hadisələri baş verib. Yaranan problemlə bağlı onlar Baku TV-nin qaynar xəttinə müraciət ediblər.

Sakinlərdən biri bildirib ki, yolda nəqliyyat vasitələrinin yüksək sürətlə hərəkət etməsi ciddi təhlükə yaradır:

"Maşınların yüksək sürətlə hərəkət etməsi, məhdudlaşdırıcı yol nişanlarının və işıqforların olmaması, ölümlə nəticələnən yol-nəqliyyat hadisələri bizi narahat edir. Sağda və ya solda bir-iki maşın dayananda gələn avtomobilləri görmək üçün az qala yolun yarısına qədər çıxmalı olursan. Magistral yola çıxmaq mümkün deyil. Son bir ayda üç-dörd ölüm hadisəsi baş verib".

Digər sakin isə yoldakı nişanlanma xətlərindən narazılığını ifadə edib:

"Düz xətt çəkilməyib, qırıq-qırıq xətt çəkilib. Bu isə sürücülərin istədikləri sürətlə hərəkət etməsinə şərait yaradır. Bu yolda beş ölüm hadisəsi baş verib. Xətlər çəkiləndən bir gün sonra bir gənc oğlan burada baş verən qəza nəticəsində həyatını itirdi".

Oxşar xəbərlər

Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
İlham Əliyev Xocavənd şəhər və Xocavənd kənd sakinləri ilə görüşüb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər