Yasda gülüş üstündə QAN TÖKÜLDÜ: Bakıdakı cinayətin DETALLARI
Far.Az xəbər saytı

Yasda gülüş üstündə QAN TÖKÜLDÜ: Bakıdakı cinayətin DETALLARI


Bakı Ağır Cinayətlər Məhkəməsində xalası oğlunu bıçaqlamaqda təqsirləndirilən Səid Babazadənin cinayət işi üzrə məhkəmə baxış iclası keçirilib.

Far.Az Lent.az-a istinadən xəbər verir ki, hakim Hüseyn Hüseynlinin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

Təqsirləndirilən S.Babazadə özünü təqsirli bildiyini və hadisə baş verən gün yas mərasimində olduqlarını deyib:

"Mən taksi sürücüsüyəm. Amma vaxtım olanda fala baxan atama kiçik işlərində yardım edirəm. Həmin gün martın 27-si idi, Elşadla birlikdə qohumumuzun yas mərasimində idik. Allah şeytana lənət eləsin, gözləmədiyimiz halda gülmək tutdu, ardınca bir zarafat oldu. Elşad hamının yanında mənə acıqlandı. Camaatın içində olan bu irad mənə xoş gəlmədi. Amma söhbəti uzatmadım, evə qayıtdıq.

Mətbəxdə oturmuşdum, telefonda Elşadla danışdıq. Ona camaatın içində uşaq kimi danlanmağımın mənə xoş gəlmədiyini dedim, mübahisə etməyə başladıq. Onunla danışa-danışa, əsəbi halda stolun üstündə olan bıçağı cibimə qoydum. Elşad dedi ki, məhəlləyə gəlir. Mən çıxıb çöldə onu gözləməyə başladım. O gələn kimi tutaşmağa başladıq, qarşılıqlı bir-birimizə zərbələr endirdik. Birdən ayağımda istilik hiss elədim, əyilib baxanda ayağımı qan apardığını gördüm. Elşad bıçaqla necə vurmuşdusa, hiss eləməmişdim. Bunu görüb onu qorxutmaq üçün bıçağı çıxartdım. Süpürləşəndə necə oldu bilmirəm, onu qolundan yaraladım".

Zərərçəkmiş Elşad Bayramov Səid Babazadənin onun xalası oğlu olduğunu bildirib:

"Biz mübahisədən sonra dalaşmağa başlayanda Səid iki dəfə bıçaqla məni vurdu. Həmin an isti-isti heç nə hiss etməmişdim. Aralaşıb evə gedəndə sinəmin yandığını hiss elədim. Bıçaq yarasını o zaman gördüm. Səid mənim xalam oğludur, doğmamdır. Kimsə qəlbimə dəysə, ömürlük bağışlamaram, amma qanım ona halaldır. Biz barışmışıq, ondan şikayətim yoxdur".

Növbəti proses sentyabrın 18-də saat 10:40-a təyin edilib.

Xatırladaq ki, hadisə bu il martın 27-də Sabunçu rayonu ərazisində baş verib. Səid Babazadə yaxın qohumu Elşad Bayramovu aralarında yaranan mübahisə zamanı onun döş qəfəsindən bıçaqla vuraraq, sağlamlığına ağır xəsarət yetirib.

Faktla bağlı cinayət işi başlanılıb, Səid Babazadə Cinayət Məcəlləsinin 126.1 (qəsdən sağlamlığa ağır zərərvurma) maddəsi ilə ittiham olunub, barəsində polisin nəzarəti altına verilmə qətimkan tədbiri seçilib.

Oxşar xəbərlər

Gələcəyə ümidlə baxan uşaqların sağlamlıq arzusu burada gerçəkləşə bilər
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər