Azərbaycanlı jurnalistlər İsraildə Holokost muzeyini ziyarət ediblər
Azərbaycandan olan bir qrup jurnalist Qüdsdəki "Yad Vaşem" Holokost memorial kompleksini ziyarət edib.
"Far.Az"un İsrailə ezam olunan əməkdaşı xəbər verir ki, ekskursiya çərçivəsində nümayəndə heyəti təxminən 6 milyon yəhudinin həyatına son qoymuş faciə haqqında materiallarla tanış olub.
Onları təqiblərə məruz qalmış, konsentrasiya düşərgələrinə və gettolara deportasiya edilmiş yəhudi əhalisinin tarixi artefaktları, arxiv materialları və məişət əşyaları ilə tanış ediblər.
Jurnalistlərə həmçinin nasist Almaniyası, onun müttəfiqləri və əlaltıları tərəfindən yəhudilərin təqib edilməsi və kütləvi qətlə yetirilməsi haqqında materiallar təqdim edilib. Onlara Sovet İttifaqı dövründə təqiblərdən xilas olaraq Azərbaycan ərazisində sığınacaq tapan yəhudilər barədə də məlumat verilib.
Holokost - 1933–1945-ci illərdə nasist Almaniyası və onun müttəfiqləri tərəfindən Avropa yəhudilərinin təqib edilməsi və kütləvi şəkildə qətlə yetirilməsidir. Kütləvi güllələnmələr, qazla zəhərlənmə, aclıq, xəstəliklər və digər zorakılıq formaları nəticəsində təxminən 6 milyon yəhudi həlak olub.
Oxşar xəbərlər
Leyla Əliyeva Luvr Əbu-Dabi muzeyini və İbrahim Ailə Evini ziyarət edib
Dövlət rəsmiləri Hərbi Memorial Məzarlığı ziyarət ediblər
Prezident Gəncə Memorial Kompleksinin açılışında iştirak edib
Beynəlxalq mediaforumun iştirakçıları Özbəkistanda İmam əl-Buxari kompleksini ziyarət ediblər
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Zakir Həsənov Türkiyədə işgüzar səfərdədir
-
İstanbulda avtobus qəzasında ölənlərin sayı artıb
-
Müəllimlərin təkrar sertifikasiyasının müsahibə mərhələsinə başlanılır
-
"Tasnim": ABŞ ordusu Larak adasına hücum edib, ölənlər var
-
SEPAH sözçüsü: ABŞ-nin PUA hücumu strateji səhvdir
-
Böyük Britaniyanın beynəlxalq axtarışa verdiyi şəxs İstanbulda tutulub













