ABŞ Konqresi İraqa helikopterlərin satışı ilə bağlı razılaşmanı nəzərdən keçirəcək
Far.Az xəbər saytı

ABŞ Konqresi İraqa helikopterlərin satışı ilə bağlı razılaşmanı nəzərdən keçirəcək


ABŞ Dövlət Departamenti İraqa "Bell Helicopter" şirkəti tərəfindən istehsal olunmuş helikopterlərin, eləcə də əlaqədar sistemlərin ümumi dəyəri 800 milyon dollar olan potensial satış müqaviləsinə icazə verib.

"Far.Az" xəbər verir ki, bu barədə Amerikanın xarici siyasət idarəsinin saytındakı bəyanatda deyilir.

Sənədə əsasən, Dövlət Departamenti İraq tərəfinə "Bell 412EPX" və "Bell 407M" helikopterlərinin, eləcə də onlarla əlaqəli avadanlığın mümkün satışının təsdiqlənməsi barədə qərar qəbul edib. "Müqavilənin ümumi dəyəri 800 milyon dollar qiymətləndirilir", - bəyanat mətnində qeyd olunub.

İdarədən əlavə olaraq izah edilib ki, İraq hökuməti əvvəllər ABŞ-yə helikopterlərin komplektləşdirilməsi üçün pulemyot və raket silahlarının, həmçinin naviqasiya avadanlığı və rabitə vasitələri də daxil olmaqla, müxtəlif sistemlərin alınması ilə bağlı sorğu göndərib.

Amerika administrasiyası silah satışı üzrə potensial müqaviləni təsdiqləmək barədə qəbul edilmiş qərarla bağlı konqresə artıq bildiriş göndərib. Qanunverici orqan 30 gün ərzində müqaviləni nəzərdən keçirməlidir.

Oxşar xəbərlər

Bişkekdə TDT ölkələri hökumət başçılarının iclası olub, Birgə Bəyanat qəbul edilib
Qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri göstəriləcək ünvanlar açıqlanıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər