Aİ vəsait qıtlığı fonunda ölkələri Ukraynaya ikitərəfli yardımı sürətləndirməyə çağırıb
Avropa İttifaqı (Aİ) üzv dövlətləri Ukraynaya sonrakı mərhələdə ayırmağı planlaşdırdıqları vəsaitləri daha tez təqdim etməyə çağırıb.
"Far.Az"un Avropa bürosu xəbər verir ki, bu barədə Avropa diplomatiyasının rəhbəri Kaya Kallas İrlandiyada Aİ ölkələrinin müdafiə nazirlərinin qeyri-rəsmi görüşünün yekunlarına dair mətbuat konfransında bildirib.
O qeyd edib ki, söhbət Ukraynaya razılaşdırılmış 90 milyard avro məbləğində kreditin vaxtından əvvəl yenidən bölüşdürülməsindən deyil, üzv dövlətlərin öz töhfələrinin sürətləndirilməsindən gedir.
Kallas əlavə edib ki, 90 milyard avroluq kreditin ayrılması çərçivəsində Aİ-nin artıq konkret planları müəyyənləşdirilib və zəruri qərarlar qəbul edilib. Onun sözlərinə görə, Ukraynaya artıq 8 milyard avrodan bir qədər çox vəsait təqdim olunub.
İrlandiyanın xarici işlər, ticarət və müdafiə naziri Helen Makinti isə birgə mətbuat konfransında qeyd edib ki, üzv dövlətlərin çoxu bu çağırışı dəstəkləyib. Onun sözlərinə görə, görüşdə Ukrayna tərəfinin təqdim etdiyi məlumatlar mövcud yardım çatışmazlığını göstərir, xüsusilə də qış mövsümünün yaxınlaşması nəzərə alınmaqla.
Oxşar xəbərlər
İlham Əliyev TDT-yə üzv dövlətlərin hökumət başçılarının görüşünün iştirakçılarını qəbul edib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Hikmət Babaoğlu: "Söhbət artıq razılaşmalardan deyil, onların icrasından gedir"
-
Yuxulu "Prius" sürücüsü avtomobilini "Qış Parkı"na saldı
-
Sumqayıtda kimyəvi məhluldan zəhərlənən 45 yaşlı kişi ölüb
-
İngiltərə Premyer Liqası: "Arsenal" səfərdə "Aston Villa"nı məğlub edib
-
Kölndə səyyar konsulluq xidməti təşkil olunacaq
-
UKMTO: Oman sahillərində gəmiyə hücum edilib













