Həkimlər üçün yeni dövr: Əməkhaqqı artımı Azərbaycan səhiyyəsində nələri dəyişəcək?
"Azərbaycanda səhiyyə sisteminin inkişaf etdirilməsi, bu sahədə qabaqcıl standartların tətbiqi, tibb işçilərinin sosial rifahının gücləndirilməsi daim ölkə rəhbərliyinin diqqət mərkəzində olub, bu istiqamətdə həyata keçirilən tədbirlər ardıcıl xarakter daşıyıb".
Far.Az xəbər verir ki, bu sözləri Oxu.Az-a açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov deyib.
O bildirib ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva tibb işçilərinin maddi rifahının yaxşılaşdırılması, əməyin yüksək qiymətləndirilməsi və səhiyyə sistemində insan kapitalının gücləndirilməsi məqsədilə TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqqılarının artırılması təşəbbüsü ilə çıxış edib:
"Prezident İlham Əliyev təşəbbüsü müsbət qarşılayaraq onun icrası ilə bağlı müvafiq tapşırıq verib. Bu xoş hadisə sosial xarakterli qərar olmaqla yanaşı, həm də Azərbaycan səhiyyəsində insan kapitalına qoyulan sərmayədir. Əməkhaqqının artırılması zamanı iş yükü, ixtisas və regionlarda mövcud kadr ehtiyacı nəzərə alınaraq, diferensial yanaşmanın tətbiqi həkimlərin motivasiyasına, peşəkar kadrların sistemdə saxlanmasına və regionlara cəlb edilməsinə müsbət təsir göstərə bilər. O cümlədən, regionlarda əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin yüksəldilməsinə səbəb olacaq. Bir sözlə, tibb işçilərinin əməkhaqqılarının artırılması siyasəti, eyni zamanda, vətəndaşa göstəriləcək tibbi xidmətin keyfiyyətinin yüksəlməsinə yönəlib".
"Son illər Azərbaycanın səhiyyə sistemində mərhələli islahatlar həyata keçirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən sosial siyasətin başlıca prioritetlərindən biri səhiyyə sisteminin əhalinin sağlamlığının qorunmasında rolunun daha da gücləndirilməsi, bu sistemin qabaqcıl dünya təcrübəsi əsasında daha təkmil, çevik və səmərəli mexanizmlər üzərində qurulmasıdır. Bu siyasətin ardıcıl icrası, eyni zamanda, Birinci vitse-prezident Mehriban Əliyevanın səhiyyənin inkişafına xüsusi diqqəti sayəsində tibb infrastrukturunun müasir tələblərə uyğun modernləşdirilməsi, tibb müəssisələri şəbəkəsinin genişləndirilməsi, tibbi xidmətlərin keyfiyyətinin artırılması istiqamətlərində mühüm nailiyyətlər əldə olunub. Dövlətin prioritet elan etdiyi sahələrdən olan səhiyyə sistemində əhaliyə əlçatan və keyfiyyətli xidmət göstərilməsi, vətəndaş məmnunluğunun artırılması üçün atılan addımlar, aparılan islahatlar davamlı xarakter daşıyır. Demək mümkündür ki, TƏBİB-in idarəetməsi ilə bağlı yeni yanaşma klassik dövlət idarəetməsindən fərqli olaraq, daha çox modern və praqmatik idarəetmə modelinə yaxınlaşmanı göstərir. Qeyd etdiyim kimi, mərkəzdə insan faktoru və onun həyat şəraitinin yaxşılaşdırılması dayanır", - komitə sədri vurğulayıb.
Onun sözlərinə görə, idarəetmə sisteminin optimallaşdırılması, maliyyə və xidmət funksiyalarının ayrılması, TƏBİB-in gücləndirilməsi və vətəndaşyönümlü xidmət modelinə keçid də məhz buna hesablanıb:
"Bir sözlə, islahatın tətbiqi ilə tibb işçilərinin sosial rifahının gücləndirilməsi, peşənin cəlbediciliyinin artırılması, həkimlərin regionlara cəlb edilməsinin stimullaşdırılması, fəaliyyət nəticələrinin daha dolğun qiymətləndirilməsi və göstərilən tibbi xidmətlər üzrə pasiyent məmnuniyyətinin yüksəldilməsi hədəflənir".
Oxşar xəbərlər
Leyla Əliyeva və Alyona Əliyeva mükafatlandırma mərasimində iştirak ediblər
Leyla Əliyeva, Arzu Əliyeva və Alyona Əliyeva "Təmiz Dünya" sığınacağındakı uşaqların bayram sevincinə şərik olublar
Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva Lənkəranda ekoloji aksiyalarda iştirak ediblər
Mehriban Əliyeva Vatikanda Müqəddəs Komodilya katakombalarının bərpası layihəsinin açılışında iştirak edib
Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak ediblər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
ABŞ alimləri potensial qaranlıq materiyanın siqnalını aşkar ediblər
-
SEPAH: ABŞ-nin MQ9 PUA-sı zərərsizləşdirilib
-
306 milyonluq heyət: "Fənərbağça" ÇL-də nə qədər irəliləyəcək?
-
Goranboyda sursat anbarında YANĞIN
-
Gürcü politoloq: Azərbaycanın Avrasiyada artan rolu Gürcüstan üçün də yeni imkanlar yaradır
-
Sumqayıtda ev sahibinin oğlu yaşadığı mənzili yandırıb













