Ömrü uzatmağa kömək edən 30 saniyəlik sadə hərəkət
Far.Az xəbər saytı

Ömrü uzatmağa kömək edən 30 saniyəlik sadə hərəkət


Cəmi 30 saniyə davam edən sadə bir hərəkət sağlamlıq üçün faydalı imiş.

BAKU.WS xəbər verir ki, bu iddianı fizioterapevt Daniel Vadnal irəli sürüb.

Onun sözlərinə görə, turnikdə 30 saniyə asılmağın orqanizm üçün bir sıra müsbət təsirləri var:

"Bu hərəkət ilk növbədə əl və barmaqların tutma gücünün inkişafına kömək edir. Tutma gücü isə insanın ümumi sağlamlığı ilə əlaqələndirilir. Araşdırmalara əsasən, zəif tutma gücü erkən ölüm və ürək-damar xəstəlikləri riskinin artması ilə əlaqəli ola bilər".

Fizioterapevt turnikdə asılmanın uzun müddət masa arxasında çalışan insanlar üçün də faydalı olduğunu qeyd edib:

"Bu, oturaq iş zamanı gərginləşən kürək, sinə və qol əzələlərinin dartılmasına və rahatlamasına kömək edə bilər. Turnikdə asılma iki formada həyata keçirilə bilər: passiv və aktiv.

Passiv asılma zamanı insan bədənini mümkün qədər sərbəst buraxır və ağırlıq qüvvəsinin əzələləri dartmasına imkan verir. Aktiv asılmada isə kürək sümükləri aşağı doğru çəkilir və bununla çiyin və kürək əzələləri daha aktiv işləyir.

Bununla belə, turnikdə asılma hər kəs üçün eyni dərəcədə uyğun olmaya bilər. Xüsusilə çiyin, qol və onurğa ilə bağlı problemi olan şəxslərin belə hərəkətlərə başlamazdan əvvəl mütəxəssislə məsləhətləşməsi tövsiyə olunur".

Qeyd edək ki, burada söhbət 30 saniyə asılmağın birbaşa insan ömrünü uzatmasından deyil, yaxşı tutma gücü ilə daha uzun ömür arasında müəyyən edilmiş əlaqədən gedir.

Oxşar xəbərlər

Gələcəyə ümidlə baxan uşaqların sağlamlıq arzusu burada gerçəkləşə bilər
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər