Rusiya XİN: Minaların təmizlənməsi münaqişə zonalarının bərpası üçün zəruri şərtdir
Far.Az xəbər saytı

Rusiya XİN: Minaların təmizlənməsi münaqişə zonalarının bərpası üçün zəruri şərtdir


Humanitar minatəmizləməyə artıq yalnız texniki məsələ kimi baxıla bilməz, o, postmünaqişə ərazilərində həyatın normallaşması üçün zəruri şərtə çevrilib.

Far.Az report-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) Beynəlxalq Təşkilatlar Departamentinin direktor müavini Vadim Sergeyev Bakıda IV Beynəlxalq Minatəmizləmə Konfransı çərçivəsində keçirilən panel müzakirəsində deyib.

"Humanitar minatəmizləməyə artıq yalnız texniki məsələ kimi baxmaq olmaz. O, insanların sağ qalması və sosial-iqtisadi fəaliyyətin bərpası üçün zəruri şərtə çevrilib", - o qeyd edib.

V.Sergeyev vurğulayıb ki, çirklənmiş ərazilərin sahəsinin genişlənməsi və minatəmizləmə işlərinin dəyərinin artması müasir yanaşmaların və texnologiyaların sürətləndirilmiş şəkildə tətbiqini tələb edir.

XİN nümayəndəsinin sözlərinə görə, Rusiya minatəmizləmə fəaliyyəti sahəsində ixtisaslaşmış mütəxəssislərin hazırlanmasının və praktik təcrübə mübadiləsinin tərəfdarıdır.

Oxşar xəbərlər

İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Prezident Davosda "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda panel iclasında iştirak edib
"Rövşənoğlu Agro" - "YARA" şirtkəti ilə birgə yerli fermerlər üçün ixtisaslaşmış seminar təşkil etdi
Mehriban Əliyeva Vatikanda Müqəddəs Komodilya katakombalarının bərpası layihəsinin açılışında iştirak edib
Mina təhlükəsi: Humanitar böhran, sosial-iqtisadi çağırış və beynəlxalq əməkdaşlıq zərurəti - TƏHLİL

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər