Qazaxıstan dəniz limanlarının gücünü 30 milyon tona qədər artıracaq
Far.Az xəbər saytı

Qazaxıstan dəniz limanlarının gücünü 30 milyon tona qədər artıracaq


Qazaxıstan 2030-cu ilə qədər dəniz limanlarının ümumi gücünü 21,8 milyon tondan 30 milyon tona qədər artırmağı planlaşdırır.

"Report"un yerli bürosu xəbər verir ki, bu barədə Qazaxıstan hökumətinin mətbuat xidmətindən bildirilib.

Son beş ildə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM, Orta Dəhliz) üzrə daşımaların həcmi 5,6 dəfə – 800 min tondan 4,5 milyon tonadək artıb.

"Hazırda Aktau və Kurık limanlarının imkanları artırılır. Yeni terminalların inşası, dibdərinləşdirmə işləri, yanalma körpülərinin yenidən qurulması və dəniz donanmasının genişləndirilməsi yönündə işlər aparılır. Qazaxıstan 2029-cu ilə qədər quru yük və konteyner gəmiləri daxil olmaqla, daha 8 gəmi almağı planlaşdırır", - hökumətdən qeyd edilib.

İnfrastrukturun modernləşdirilməsinin TBNM-in buraxılış qabiliyyətini ildə 6 milyon tondan 10 milyon tona qədər artırmağa imkan verəcəyi gözlənilir.

"Eyni zamanda, ölkədə dəmir yolu infrastrukturu genişləndirilir. Son beş ildə təxminən 5 min km yol tikilib və modernləşdirilib, tranzit daşımalarının həcmi isə 33 milyon tona çatıb. Yaxın üç il ərzində daha 2,2 min km dəmir yolunun tikintisi və yenilənməsi planlaşdırılır", - məlumatda vurğulanıb.

Oxşar xəbərlər

İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Prezident Naxçıvanda elektrik mühərrikli yeni avtobuslara baxıb, dəmir yolu infrastrukturunda aparılan yenidənqurma işləri ilə tanış olub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Şimaldan Cənuba, Qərbdən Şərqə uzanan yollar: Azərbaycanın nəqliyyat-logistika sahəsində uğurları

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər