Nazirlikdən küləkli hava ilə bağlı əhaliyə MÜRACİƏT
Far.Az xəbər saytı

Nazirlikdən küləkli hava ilə bağlı əhaliyə MÜRACİƏT


Hazırda ölkə ərazisində, o cümlədən Bakıda və Abşeron yarımadasında güclü külək müşahidə olunur, belə hava şəraitində müvafiq təhlükəsizlik qaydalarına riayət edilməməsi isə insan həyatı və sağlamlığı üçün təhlükə yaradır.

Far.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin küləkli hava ilə bağlı əhaliyə müraciətində qeyd edilib.

Bildirilib ki, qeyd olunanları nəzərə alaraq Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə müraciət edərək, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmağı, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamağı tövsiyə edir:

"Həmçinin, güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir".

Oxşar xəbərlər

Nazirlikdən "Baku Electronics" MMC-yə məxsus mağazada YOXLAMA
Yasamalda bina təhlükə altındadır: Sakinlər ölüm qorxusu ilə yaşayırlar
Bakıda "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının rəsmi açılış mərasimi keçirilib
Balıkesirdəki zəlzələ zamanı 25 bina zərər görüb
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər