ADSEA: Azərbaycanda daşqın hallarının sayı son illərdə 10-15 dəfə artıb
Azərbaycanda daşqın təhlükəsinə qarşı proaktiv yanaşmanın tətbiqinə ciddi ehtiyac yaranıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədr müavini Xəyyam Məmmədov "Bakı İqlim Fəaliyyəti Həftəsi 2026"-nın (BCAW 2026) ikinci günündə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, əvvəlki dövrlərdə ölkə ərazisində intensiv daşqın prosesləri ildə orta hesabla 10–20 dəfə qeydə alınırdısa, son dövrlərdə bu rəqəm təqribən 10–15 dəfə yüksəlib:
"Bu rəqəmlər artıq təkcə infrastrukturun təkmilləşdirilməsi və hadisələrə operativ müdaxilənin yetərli olmadığını ortaya qoyur və bizdən daha proaktiv strategiyaya keçidi zəruri edir. Biz atmosferdə və çay hövzələrində gedən prosesləri real vaxt rejimində monitorinq etməli, növbəti mərhələdə hansı proseslərin yaranacağını öncədən proqnozlaşdırmalı və ehtimal olunan təhlükələri qabaqcadan təyin edərək lazımi qabaqlayıcı addımlar atmalıyıq".
O qeyd edib ki, məhz bu baxımdan rəqəmsal texnologiyaların, erkən xəbərdarlıq sistemlərinin və süni intellektin inteqrasiyası mühüm rol oynayacaq.
Oxşar xəbərlər
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Polis Günündə də post başında – Bakının küçələrindən diqqətçəkən FOTOLAR
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Beyləqanda avtomobillər toqquşub, ölən və yaralanan var
-
Ermənistan və Latviya Aİ ilə readmissiya sazişi üzrə protokol imzalayıb
-
Makron Aİ-də 15 yaşdan aşağı uşaqların sosial şəbəkələrə girişinə qadağa təklif edib
-
Əraqçi ilə İƏT-in baş katibi son regional hadisələri müzakirə ediblər
-
Tramp Bombardier təyyarələrinin ABŞ-də satışını dayandıracağını açıqladı
-
Bakıda məktəb qalmaqalı: Valideynlər övladlarının kənarlaşdırıldığını iddia edirlər













