Fuad Muradov Türkiyə diaspor qurumunun azərbaycanlı gənclərə dəstəyini yüksək qiymətləndirib
Far.Az xəbər saytı

Fuad Muradov Türkiyə diaspor qurumunun azərbaycanlı gənclərə dəstəyini yüksək qiymətləndirib


Azərbaycan Türkiyənin Xaricdə Yaşayan Türklər və Əqrəba Topluluqları Başqanlığının (YTB) azərbaycanlı gənclərə göstərdiyi dəstəyi yüksək qiymətləndirir.

"Far.Az"un yerli bürosunun məlumatına görə, bunu Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Türkiyə tərəfi ilə diaspor siyasəti sahəsində əməkdaşlığa dair anlaşma memorandumunun imzalanmasından sonra jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, YTB həmişə azərbaycanlı gənclərə xüsusi diqqət göstərib:

"İnanıram ki, bu dəstək bundan sonra da davam edəcək. Biz də öz növbəmizdə Azərbaycan diasporunun fəaliyyət göstərdiyi ölkələrdə YTB ilə sıx əməkdaşlıq etmişik və bu əməkdaşlığı bundan sonra da davam etdirmək əzmindəyik. Yenilənmiş sənədin də gələcək fəaliyyət və yeni layihələr üçün möhkəm təməl yaradacağına inanıram".

Dövlət Komitəsinin sədri bildirib ki, Azərbaycan–Türkiyə qardaşlığı bütün dünyaya nümunədir və iki ölkənin diasporlarının birgə fəaliyyəti də mühüm əhəmiyyət daşıyır:

"YTB ilə əməkdaşlıq yalnız təhsil və quruculuq proqramları ilə məhdudlaşmır. Xaricdə yaşayan Azərbaycan və türk diasporlarının birgə fəaliyyəti də genişlənir".

Fuad Muradov həmçinin YTB-nin İslam Əməkdaşlıq Təşkilatı (İƏT) ilə birlikdə Birinci Müsəlman Diaspor Forumunun təşkilatçılarından biri olmasını da müsbət qiymətləndirib:

"Forumda səsləndirilən fikirlərin gələcəkdə dünya müsəlman diasporlarının əməkdaşlığı üçün mühüm istiqamətlərdən birinə çevriləcəyinə inanıram".

Oxşar xəbərlər

İlham Əliyevə "Zayed İnsan Qardaşlığı Mükafatı" təqdim olunub
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər