Bu il Aqrar Sığorta Fondu əkin sahələrinin 24,5 faizini sığortalayıb
Azərbaycanda illik orta hesabla 420-450 min hektar əkin sahəsi sığortalanır ki, bu il sığortalanan əkin ərazisi 343 min hektar təşkil edib.
BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Aqrar Sığorta Fondunun İdarə Heyəti sədrinin müavini Ləman Alıyeva-Məmişova deyib.
O bildirib ki, Aqrar Sığorta Fondu ölkənin əkin ərazilərinin 96 faizini, kənd təsərrüfatı istehsalının isə 95 faizini sığortalamaq imkanına malikdir.
"Ölkədə ümumilikdə əkin əraziləri 1,4 milyon hektarı əhatə edir. Fermerlərin aqrar sığortaya əlçatanlığının artırılması Aqrar Sığorta Fondunun, Kənd Təsərrüfatı Nazirliyinin və kənd təsərrüfatı ilə bağlı qəbul edilmiş Dövlət Proqramının əsas istiqamətlərindən biridir. Bu məqsədlə maarifləndirmə və təşviqat tədbirləri həyata keçirilir", - deyə L.Alıyeva-Məmişova bildirib.
Fond rəsmisi hesab edir ki, fermerlər üçün ən böyük stimul onlara edilən sığorta ödənişləridir: "Bu ödənişlər təsərrüfatların fəaliyyətinin davamlılığını təmin etməklə fermerlərin növbəti ildə də aqrar sığortadan yararlanmasına marağı artırır".
Qeyd edək ki, cari il sığortalanan əkin sahələri (343 min hektar) ölkənin ümumi əkin sahəsinin (1,4 milyon hektar) 24,5 faizini təşkil edir.
Oxşar xəbərlər
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
"Rövşənoğlu Agro" - "YARA" şirtkəti ilə birgə yerli fermerlər üçün ixtisaslaşmış seminar təşkil etdi
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Heydər Əliyev Fondu Lənkəran uşaq evini əsaslı yenidənqurmadan sonra istifadəyə verib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Beyləqanda avtomobillər toqquşub, ölən və yaralanan var
-
Ermənistan və Latviya Aİ ilə readmissiya sazişi üzrə protokol imzalayıb
-
Makron Aİ-də 15 yaşdan aşağı uşaqların sosial şəbəkələrə girişinə qadağa təklif edib
-
"Formula 1"in keçmiş rəhbəri Berni Ekklstoun silah üstəndə saxlanılıb
-
Tramp Bombardier təyyarələrinin ABŞ-də satışını dayandıracağını açıqladı
-
Meşə yanğınlarının tüstüsü hər il təxminən 100 min insanın ölümünə səbəb olub













