İcbari sığorta ilə özəl klinikalara müraciət edənlər üçün YENİ XƏBƏR
Far.Az xəbər saytı

İcbari sığorta ilə özəl klinikalara müraciət edənlər üçün YENİ XƏBƏR


İcbari tibbi sığorta çərçivəsində vətəndaşların özəl tibb müəssisələrinin xidmətlərindən istifadə imkanlarının gələcəkdə genişləndirilməsi nəzərdən keçirilir.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi BAKU.WS-in sorğusuna cavab olaraq bildirib ki, Xidmətlər Zərfinə daxil olan tibbi xidmət dövlət tibb müəssisəsində göstərilə bilmədikdə, vətəndaşa müqaviləli 180-dən artıq özəl tibb müəssisəsindən birinə göndəriş verilir.

Təcili və təxirəsalınmaz hallarda isə vətəndaş göndəriş vərəqəsi olmadan özəl tibb müəssisələrində Xidmətlər Zərfinə daxil olan xidmətlərdən icbari tibbi sığorta hesabına yararlana bilər.

Həmçinin göndəriş olmadan Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik və Tədris-Cərrahiyyə Klinikalarına, eləcə də Bakı Sağlamlıq Mərkəzinə müraciət etmək mümkündür.

Agentlikdən qeyd olunub ki, gələcəkdə daha çox özəl tibb müəssisəsinin icbari tibbi sığorta sisteminə cəlb edilməsi və vətəndaşların tibbi xidmətlərə çıxış imkanlarının artırılması imkanları tələbat və sistemin maliyyə imkanları nəzərə alınmaqla qiymətləndirilir.

Şahanə Xankişiyeva

Oxşar xəbərlər

Gələcəyə ümidlə baxan uşaqların sağlamlıq arzusu burada gerçəkləşə bilər
Sumqayıt Sənaye Parkında karton və qutu taralarının istehsalı müəssisəsinin açılışı olub
İlham Əliyev İmişlidə "Promalt" MMC-nin arpa emalı müəssisəsinin açılışını edib
Ülvi Mehdiyev Baku TV-yə müsahibə verib
Amnistiya aktı məntəqə tipli cəzaçəkmə müəssisəsində icra olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər