Tuğba Dinçbaş: "Bakı İqlim Maliyyəsi Məqsədi" inkişaf etməkdə olan ölkələr üçün mühüm çərçivədir"
Far.Az xəbər saytı

Tuğba Dinçbaş: "Bakı İqlim Maliyyəsi Məqsədi" inkişaf etməkdə olan ölkələr üçün mühüm çərçivədir"


"Bakı İqlim Maliyyəsi Məqsədi" iqlim maliyyəsinin genişləndirilməsi üçün çərçivə yaradır.

"Far.Az" xəbər verir ki, bunu Türkiyənin COP31 Fəaliyyət Gündəliyi üzrə direktoru Tuğba Dinçbaş "Bakı İqlim Fəaliyyəti Həftəsi 2026"nin (BCAW 2026) üçüncü günündə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, iqlim fəaliyyəti üçün tələb olunan investisiyanın miqyası böyüməkdə davam edir: "Bu kontekstdə daha çox iqlim maliyyəsinin səfərbər edilməsi vacibdir. Lakin maliyyənin mövcudluğu kifayət deyil. Eyni dərəcədə, vacib məsələ inkişaf etməkdə olan ölkələrin, həssas əhali qruplarının və iqlimlə bağlı ən böyük təzyiqlərlə üzləşənlərin bu resurslara həqiqətən çıxış əldə edə bilməsidir".

O bildirib ki, "Bakı İqlim Maliyyəsi Məqsədi" - inkişaf etməkdə olan ölkələr üçün iqlim maliyyəsinin miqyasının genişləndirilməsinə dair qlobal hədəf kimi mühüm çərçivə təmin edir: "Növbəti addım isə bu iddialı hədəflərin əlçatan, səmərəli və müxtəlif milli şəraitlərə cavab verən maliyyə imkanlarına çevrilməsini təmin etməkdir. Biz yüksək səviyyəli hədəflərdən kənara çıxmalı və xüsusilə Kiçik Ada Dövlətləri və Ən Az İnkişaf Etmiş Ölkələr üçün maliyyəyə çıxışın yaxşılaşdırılmasına diqqət yetirməklə praktiki, struktur islahatları həyata keçirməliyik. Maliyyənin səfərbər edilməsi və ona çıxış imkanlarının yaxşılaşdırılması paralel şəkildə irəliləməlidir. Uğur yalnız nə qədər maliyyənin səfərbər olunması ilə deyil, həm də bu maliyyəyə yerlərdə nə qədər effektiv çıxış əldə edilməsi və ondan necə istifadə olunması ilə ölçülməlidir".

T. Dinçbaş deyib ki, bu kimi müzakirələr kapital həllərinin müəyyənləşdirilməsi, təcrübə mübadiləsinin aparılması və iqlim maliyyəsinin ona ən çox ehtiyacı olanlar üçün daha əlçatan edilməsinə kömək baxımından çox dəyərlidir.

Oxşar xəbərlər

Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər