Səfir: Təyyarə qəzası məsələsinin nizamlanması Bakı və Moskvanın münasibətləri inkişaf etdirmək istəyini göstərib
AZAL təyyarəsinin 2024-cü ilin dekabrında baş verən qəzası ilə bağlı məsələnin ədalətli nizamlanması Azərbaycan və Rusiyanın bir-biri ilə münasibətləri yüksək qiymətləndirməsinin və ikitərəfli əməkdaşlığı müttəfiqlik qarşılıqlı fəaliyyəti əsasında bundan sonra da inkişaf etdirməyə can atmasının daha bir sübutu olub.
"Report" xəbər verir ki, bu barədə Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev "Lenta.Ru"ya müsahibəsində bildirib.
Onun sözlərinə görə, AZAL təyyarəsinin qəzası ilə bağlı bütün məsələlər, kompensasiyaların ödənilməsi də daxil olmaqla, Azərbaycan və Rusiya prezidentlərinin ötən il oktyabrın 9-da Düşənbədəki görüşü zamanı əldə etdikləri razılaşmalara uyğun olaraq bu ilin aprelində tamamilə həll olunub.
"Biz ikitərəfli münasibətlərimizdəki bu kədərli səhifənin bağlandığından çıxış edirik və münasibətlərin normallaşması prosesini fəal şəkildə dəstəkləyirik. Bu məsələnin ədalətli həlli Bakı və Moskvanın bir-biri ilə münasibətləri yüksək qiymətləndirdiyinin və ikitərəfli əməkdaşlığı müttəfiqlik qarşılıqlı fəaliyyəti əsasında bundan sonra da inkişaf etdirməyə çalışdığının daha bir sübutu oldu", - səfir bildirib.
Bu kontekstdə R.Mustafayev Azərbaycan Prezidenti İlham Əliyevin iki ölkə arasındakı münasibətlərin yalnız ikitərəfli formatda deyil, həm də daha geniş coğrafiya üçün vacib olması barədə mühüm tezisini qeyd edib.
Oxşar xəbərlər
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Zərdabda yol qəzası baş verib, 5 nəfər yanaraq ölüb
-
SEPAH: ABŞ-nin F-35, F-16, F-15 qırıcılarının sığınacaqları hədəfə alınıb
-
Zərdabda baş verən qəzada ölənlərin adları məlum olub - YENİLƏNİB
-
Zərdabda dəhşətli yol qəzası baş verib, 5 nəfər yanaraq ölüb
-
Antalya, Mersin və Adanadakı meşə yanğınları ilə mübarizə davam edir
-
Rubio Moskva və Kiyevdəki danışıqları məzmunlu adlandırıb













