Bakıda adambaşına düşən ictimai yaşıl sahə 8 kvadratmetrə çatdırılacaq
Far.Az xəbər saytı

Bakıda adambaşına düşən ictimai yaşıl sahə 8 kvadratmetrə çatdırılacaq


Bakı şəhərinin 2040-cı ilə qədərki Baş Planına əsasən, adambaşına düşən ictimai yaşıl sahənin 5,8 kvadratmetrdən 8 kvadratmetrə çatdırılması gözlənilir.

Far.Az report-a istinadən xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev "Bakı İqlim Fəaliyyəti Həftəsi 2026" (BCAW 2026)"nın 2-ci günündə bildirib.

O, qeyd edib ki, 2040-cı ilə qədər ictimai yaşıl sahələrin ümumi sahəsinin təxminən 1 000 hektar əlavə yaşıl ərazi də daxil olmaqla təxminən 2 500 hektara çatdırılması hədəflənir: "Həvəsimiz və hədəfimiz sadəcə yaşıl sahələrin həcmini artırmaqla məhdudlaşmır. Hibrid yaşıl dəhlizlər vasitəsilə biz eyni zamanda iqlimə uyğunlaşmanı, biomüxtəlifliyi, ictimai sağlamlığı və dayanıqlı mobilliyi dəstəkləyən bir-biri ilə əlaqəli sistemlər yaratmağı hədəfləyirik".

A.Quliyev həmçinin vurğulayıb ki, Azərbaycan üçüncü Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələri (NDC) çərçivəsində 1990-cı il səviyyələri ilə müqayisədə 2035-ci ilə qədər istixana qazı emissiyalarını 40 % azaltmaq öhdəliyini götürüb.

Bundan başqa, hökumətin binalarda enerji səmərəliliyi haqqında yeni qaydaları təsdiqlədiyini deyən Komitə sədri, Beynəlxalq Maliyyə Korporasiyası (IFC) ilə əməkdaşlıq çərçivəsində daha səmərəli və dayanıqlı binaların inşası üçün lazımi mühitin yaradıldığını diqqətə çatdırıb.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər