AK Seutada miqrasiya böhranının aradan qaldırılması üçün İspaniyaya 114,7 milyon avro ayıracaq
Avropa Komissiyası (AK) iyulun 30-31-i sərhədin kütləvi şəkildə qanunsuz keçilməsindən sonra Seutada vəziyyətin tənzimlənməsi üçün İspaniyaya 114,7 milyon avro yardım ayıracaq.
"Report" xəbər verir ki, bu barədə AK-nin saytında dərc olunan bəyanatında bildirilib.
Vəsaitin 82,7 milyon avrosu Sığınacaq, Miqrasiya və İnteqrasiya Fondundan (AMIF), 32 milyon avro isə Sərhədlərin idarə edilməsi və viza siyasətinə maliyyə dəstəyi aləti (BMVI) çərçivəsində ayrılacaq.
Vəsaitin bir hissəsi miqrantların yoxlanılması üçün obyektlərin yaradılmasına, Seutada qanunsuz qaldıqları halda onların geri qaytarılmasına dəstəyə, həmçinin müşayiətsiz yetkinlik yaşına çatmayanlar da daxil olmaqla, miqrantların qəbul imkanlarının genişləndirilməsinə yönəldiləcək.
Bundan əlavə, AK Avropa İttifaqı agentlikləri – "Frontex", "Europol" və Avropa Sığınacaq Məsələləri Agentliyi (EUAA) tərəfindən İspaniyaya əlavə operativ dəstəyin göstərilməsini əlaqələndirib.
Vəsaitin ayrılması haqqında qərar İspaniyanın avqustun 24-də AK-yə ünvanladığı müvafiq müraciətindən sonra qəbul edilib.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Mülki aviasiyada təhlükəsizliyə nəzarətlə bağlı xidmət haqqı məbləğləri təsdiqlənib
Azərbaycanda mülki aviasiya xidmətləri ilə bağlı tariflər QÜVVƏYƏ MİNDİ
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Zərdabda yol qəzası baş verib, 5 nəfər yanaraq ölüb
-
SEPAH: ABŞ-nin F-35, F-16, F-15 qırıcılarının sığınacaqları hədəfə alınıb
-
Zərdabda baş verən qəzada ölənlərin adları məlum olub - YENİLƏNİB
-
Zərdabda dəhşətli yol qəzası baş verib, 5 nəfər yanaraq ölüb
-
Antalya, Mersin və Adanadakı meşə yanğınları ilə mübarizə davam edir
-
Rubio Moskva və Kiyevdəki danışıqları məzmunlu adlandırıb













