Meksikada Uruapan merinin qətli ilə əlaqəli qruplaşmanın lideri saxlanılıb
Meksikanın hüquq-mühafizə orqanlarının əməkdaşları Miçoakan ştatının Uruapan şəhərinin meri Karlos Mansonun qətli ilə əlaqəsi olan cinayətkar qruplaşmanın liderini saxlayıblar.
"Report" xəbər verir ki, bu barədə Meksikanın ictimai təhlükəsizlik və vətəndaşların müdafiəsi naziri Omar Qarsiya Xarfuş bildirib.
Onun sözlərinə görə, hüquq-mühafizə orqanlarının əməkdaşları həbs orderi əsasında Aleksis "N"i Xalisko ştatının Sapopan şəhərində saxlayıblar. Nazir qeyd edib ki, əməliyyat yerli hakimiyyət orqanları və ştatın qubernatoru ilə əməkdaşlıq şəraitində keçirilib.
Xarfuş bildirib ki, Aleksis "N" Uruapanda cinayətkar qruplaşmanın regional operatoru olub. O, merin qətlinin təşkilatçılarından biri hesab edilən Xorxe Armandonun həbsindən sonra qruplaşmaya rəhbərlik edib.
Nazirin sözlərinə görə, Aleksis "N"in saxlanılmasından sonra Karlos Mansonun qətli ilə əlaqədar həbs edilənlərin ümumi sayı 32 nəfərə çatıb.
Oxşar xəbərlər
Trampın Latın Amerikası əməliyyatı: Venesuela, Meksikadan sonra Kuba və Kolumbiyadır? - ŞƏRH
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Vilayət Eyvazov polislərə vətəndaşların şikayətlərinin obyektiv və həssaslıqla araşdırılmasını tapşırıb
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp: Düşünürəm ki, İranla müharibə seçkilərdən dərhal sonra başa çatacaq
-
Makron Paşinyanla "Şimal-Cənub" marşrutu çərçivəsində əməkdaşlığı müzakirə edib
-
Azərbaycanla Dünya Bankı arasında strateji tərəfdaşlıq müzakirə olunub
-
Bakıdakı tibb müəssisələrinin birində kök hüceyrələrin transplantasiyası həyata keçiriləcək - QƏRAR
-
Gəncə şəhərinin sakinlərini SEVİNDİRƏCƏK XƏBƏR
-
Alimlər 2 min dərəcədən yüksək temperaturda yeni buz növü kəşf ediblər













