Çjan Yan: "Azərbaycanla Çin arasında vizasız rejim qarşılıqlı sərnişin axınını əhəmiyyətli dərəcədə artırıb"
Far.Az xəbər saytı

Çjan Yan: "Azərbaycanla Çin arasında vizasız rejim qarşılıqlı sərnişin axınını əhəmiyyətli dərəcədə artırıb"


Azərbaycan və Çin vətəndaşları arasında qarşılıqlı səfərlərə tələbat sabit müsbət dinamika nümayiş etdirir.

"Report" xəbər verir ki, bunu "China Southern Airlines" aviaşirkətinin Bakı nümayəndəliyinin baş meneceri Çjan Yan (Zhang Yang) daşıyıcının Bakıdakı nümayəndəliyinin açılmasının 20 illiyinə həsr olunmuş təntənəli tədbirdə deyib.

"Ticari-iqtisadi əməkdaşlığın intensivləşməsi fonunda Çin şirkətləri Azərbaycan ərazisində fəal şəkildə layihələr həyata keçirir, vətəndaşların qarşılıqlı səfərlərə tələbatı isə davamlı surətdə artır. Ümumvətəndaş pasportlarına malik olan şəxslər üçün viza tələblərinin qarşılıqlı ləğvi haqqında Sazişin qüvvəyə minməsi xüsusi diqqətə layiqdir. Hər iki ölkənin vətəndaşları viza rəsmiləşdirməsinə ehtiyac olmadan səyahət etmək imkanı əldə ediblər. Bu siyasi üstünlük turizm və biznes sektorlarında canlanmaya, aviasiya sahəsinin inkişafına güclü təkan verib", - Ç.Yan vurğulayıb.

Onun fikrincə, viza prosedurlarının ardıcıl surətdə sadələşdirilməsi sıravi vətəndaşların beynəlxalq səyahətləri üçün maneələri əhəmiyyətli dərəcədə azaldıb: getdikcə daha çox Azərbaycan vətəndaşı turizm, təhsil və sahibkarlıq fəaliyyəti üçün Çinə üz tutur, bu "Neft şəhəri"nin tarixi koloritini və müasir enerjisini hiss etmək üçün isə getdikcə daha çox Çin vətəndaşı Bakıya gəlir.

Nümayəndəliyin rəhbəri qeyd edib ki, "China Southern Airlines" bundan sonra da Çin-Azərbaycan dostluğu və tərəfdaşlığının hava elçisi rolunu davam etdirmək niyyətindədir.

"Biz hər iki ölkənin sərnişinlərini daha təhlükəsiz, rahat və yüksək səviyyəli aviasiya xidmətləri ilə təmin etmək üçün bundan sonra da marşrut şəbəkəsini təkmilləşdirəcək, uçuşların etibarlılığını gücləndirəcək, yerüstü xidmətin keyfiyyətini yaxşılaşdıracaq və birləşdirici uçuş imkanlarını inkişaf etdirəcəyik. Səfirlik, aviasiya tənzimləyiciləri, Heydər Əliyev Beynəlxalq Hava Limanı və bütün tərəfdaşlarımızla praktiki əməkdaşlığın daha da genişləndiriləcəyinə ümid edirik. Məqsədimiz dövlətlərimiz arasında ticari və humanitar əlaqələri gücləndirmək üçün daha rahat hava körpüsü yaratmaqla vizasız rejimin üstünlüklərindən maksimum dərəcədə səmərəli istifadə etmək, turizm, işgüzar əlaqələr və mədəni mübadilə potensialını üzə çıxarmaqdır", - Ç.Yan əlavə edib.

Oxşar xəbərlər

Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Palçıq Vulkanları Turizm Kompleksi – Azərbaycanın təbiət möcüzələrinə açılan yeni qapı
Şəhid analarının iştirakı ilə Vətən müharibəsində Zəfərin 5 illiyinə həsr olunmuş tədbir keçirilib
Bakıdakı hərbi paraddan maraqlı FOTOLAR

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər