ABŞ Maliyyə Nazirliyi İrana qarşı sanksiyaları genişləndirib
Far.Az xəbər saytı

ABŞ Maliyyə Nazirliyi İrana qarşı sanksiyaları genişləndirib


ABŞ Maliyyə Nazirliyi İrana qarşı sanksiyaları genişləndirərək siyahıya 14 fiziki və 5 hüquqi şəxsi daxil edib.

"Far.Az" xəbər verir ki, bununla bağlı sənəd ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət Ofisinin (OFAC) rəsmi saytında dərc olunub.

Məlumata görə, ABŞ-ın məhdudiyyətləri İraq, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Suriya və Livan vətəndaşlarına şamil edilib.

Həmçinin İraq, BƏƏ və Livanda qeydiyyatdan keçmiş bir sıra şirkətlərə qarşı da sanksiyalar tətbiq olunub. Siyahıya "Ayn Al-Iraq Company", "Al-Brouj Company for Contracting, General Trading, Transportation Ltd", "Gold Pro SARL", "Shams and Bahr Trading Company L.L.C" və "Yousef Ibrahim Mansour and Partner for Exchange" şirkətləri daxil edilib.

Bundan əlavə, ABŞ Maliyyə Nazirliyi İrana qarşı həyata keçirilən "İqtisadi Məhbus" ("Economic Outcast") əməliyyatı çərçivəsində sanksiya siyahısına daxil edilmiş şəxslərlə maliyyə əməliyyatlarının aparılmasına imkan verən lisenziyaların verilməsi qaydalarında dəyişiklik edib.

Sənəddə qeyd olunur ki, bu şəxslərlə bağlı müvafiq lisenziya müraciətləri rədd ediləcək. Yalnız qanunun belə müraciətlərə baxılmasını tələb etdiyi və ya müraciət edən şəxsin həyatı və ya sağlamlığı üçün təsdiqlənmiş təhlükənin mövcud olduğu hallarda istisnaya yol verilə bilər.

Qeyd edək ki, sanksiya siyahısına daxil edilmə həmin şəxslərin ABŞ-dakı aktivlərinin dondurulması, eləcə də ABŞ vətəndaşları və şirkətlərinin sanksiya tətbiq olunan şəxslərlə biznes əlaqələri saxlamasının qadağan edilməsi ilə nəticələnir.

Oxşar xəbərlər

Mehriban Əliyeva Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfirliyinin inzibati ofisinin açılışında iştirak edib
Azərbaycanın və BƏƏ prezidentləri Əbu-Dabidə "Sülh Qalxanı – 2026" birgə əməliyyat-taktiki təlimini izləyiblər
Prezident Ərəb Koordinasiya Qrupuna üzv qurumların rəhbər şəxslərini qəbul edib
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər