Bloomberg milyarderlər reytinqində ilk 10-luğun hamısını amerikalılar tutub
İlk dəfə olaraq ABŞ sahibkarları "Bloomberg" agentliyinin milyarderlər indeksində ilk on pillənin hamısını tutublar.
"Report" xəbər verir ki, Fransanın dəbdəbəli məhsullar sektorunda fəaliyyət göstərən milyarderi Bernard Arno dünyanın ən varlı 10 şəxsi sırasından çıxıb və onun yerini 96 yaşlı investor Uorren Baffet tutub.
Beləliklə, 2012-ci ildə reytinqin təqdim edilməsindən bəri ilk dəfədir ki, ilk onluğun bütün iştirakçıları ABŞ vətəndaşlarıdır.
Reytinqə böyük fərqlə "SpaceX" və "Tesla" şirkətlərinin rəhbəri İlon Mask başçılıq edir. Onun sərvəti 918,8 milyard dollar həcmində qiymətləndirilir.
Maskdan sonra əsasən texnologiya sektorunda fəaliyyət göstərən sahibkarlar gəlir. İlk onluqda Larri Peyc, Ceff Bezos, Sergey Brin və Maykl Dell də yer alır.
Oxşar xəbərlər
İlon Mask dünyanın ən varlı 10 adamının siyahısına başçılıq edir
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Sabah" İngiltərədə "Mançester Yunayted"ə böyük hesabla məğlub olub
-
Dambrauskas: "Mançester Yunayted" uşaqlıqdan dəstəklədiyim klubdur, bu məğlubiyyət böyük təcrübədir"
-
UEFA Çempionlar Liqası: "Sabah" "Mançester Yunayted"ə böyük hesabla məğlub olub - YENİLƏNİB-7
-
Braziliyada kiçik təyyarə qəzaya uğrayıb, 3 nəfər ölüb
-
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (10.09.2026)
-
UEFA Çempionlar Liqası: "Sabah" "Mançester Yunayted"lə oyunda fasiləyə məğlub yollanıb - CANLI YAYIM













