Lukaşenko: ABŞ ilə "böyük sövdələşmə"yə və Trampla şəxsi görüşə hazıram
Belarus ABŞ ilə sanksiyaların ləğv edilməsini, səfirliklərin tam fəaliyyətinin bərpasını ehtiva edə biləcək "böyük sövdələşmə"yə hazırdır.
"Far.Az" BELTA-ya istinadən xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko jurnalistlərin suallarını cavablandırarkən bəyan edib.
Vaşinqtonla razılaşmaların perspektivlərindən danışan A.Lukaşenko vurğulayıb ki, Minsk geniş spektrli məsələlərin müzakirəsinə açıqdır: "Biz həm kiçik, həm də böyük sövdələşməyə hazırıq".
Belarus liderinin sözlərinə görə, ABŞ artıq ölkənin bir sıra müəssisələrindən sanksiyaları götürüb və bu prosesi davam etdirməyə hazırdır: Digər mümkün əməkdaşlıq istiqamətləri arasında o, səfirliklərin tam fəaliyyətinin bərpasını, nüvə materialları sahəsində proqramı və Belarusun kalium gübrələrinin alınmasını qeyd edib.
A.Lukaşenko, həmçinin Belarusun Qəzza Sülh Şurasının işində iştirak etməyə hazır olduğunu təsdiqləyib, lakin vurğulayıb ki, bu, formal yox, məzmunlu iştirak olmalıdır.
ABŞ Prezidenti Donald Trampla mümkün görüşə toxunan A.Lukaşenko, bunun Belarus üçün faydalı ola biləcəyini qeyd edib: "Bu, Belarus üçün çox faydalı olardı. Görüşdən sonra nə olacağını anlamaq lazımdır. Görüşdük, salamlaşdıq və ayrıldıq?".
Belarus Prezidenti həmçinin bildirib ki, hazırda kalium gübrələri olan gəmi ABŞ-yə göndərilmək üçün yüklənir. Bununla belə, Minsk hələ ki, böyük həcmdə tədarükü təmin edə bilməyəcək, çünki cari il üçün məhsula artıq digər ölkələrlə müqavilə bağlanıb. Tədarüklərin genişləndirilməsi imkanına gələn il baxılacaq.
Oxşar xəbərlər
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
İlham Əliyev Vaşinqtonda Sülh Şurasının ilk iclasında iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Dambrauskas: "Mançester Yunayted" uşaqlıqdan dəstəklədiyim klubdur, bu məğlubiyyət böyük təcrübədir"
-
"Sabah" İngiltərədə "Mançester Yunayted"ə böyük hesabla məğlub olub
-
Braziliyada kiçik təyyarə qəzaya uğrayıb, 3 nəfər ölüb
-
UEFA Çempionlar Liqası: "Sabah" "Mançester Yunayted"ə böyük hesabla məğlub olub - YENİLƏNİB-7
-
Livan və İsrail nümayəndə heyətləri Romada danışıqlar aparacaq
-
UEFA Çempionlar Liqası: "Sabah" "Mançester Yunayted"lə oyunda fasiləyə məğlub yollanıb - CANLI YAYIM













