Dima əl-Xətib: UNOSSC Azərbaycanla tərəfdaşlığın dərinləşdirilməsinə ümid edir
Far.Az xəbər saytı

Dima əl-Xətib: UNOSSC Azərbaycanla tərəfdaşlığın dərinləşdirilməsinə ümid edir


BMT-nin Cənub-Cənub Əməkdaşlığı üzrə Ofisi (UNOSSC) Azərbaycanın Beynəlxalq İnkişafa Yardım Agentliyi (AIDA) və ölkə hökuməti ilə tərəfdaşlığın daha da dərinləşdirilməsinə ümid edir.

"Far.Az" xəbər verir ki, bu barədə UNOSSC-nin direktoru Dima əl-Xətib AIDA-nın yaradılmasının 15 illiyinə həsr olunmuş "Humanitar yardım və inkişaf naminə əməkdaşlıq vasitəsilə qlobal həmrəyliyin gücləndirilməsinə dair Konfrans"ın iştirakçılarına videomüraciətində bildirib.

Onun sözlərinə görə, həmrəylik ölkələr həll yollarını bölüşdükdə, bir-birlərinin təsisatlarını gücləndirdikdə və bilikləri yerli prioritetlərə uyğunlaşdırdıqda real məna kəsb edir:

"Belə əməkdaşlıq qarşılıqlılıq və etimad üzərində qurulur. Bu yanaşma hər bir ölkənin həm imkanlarının, həm də ehtiyaclarının olduğunu qəbul edir. Bu gün maliyyə təzyiqləri, iqlim dəyişikliyinin nəticələri, texnoloji reallıqlar və davam edən qeyri-bərabərlik inkişaf sahəsindəki tərəqqini sınağa çəkir. Cənub-Cənub əməkdaşlığı və üçtərəfli əməkdaşlıq ölkələrin öz təşəbbüsü ilə həyata keçirilən, qarşılıqlı hörmət və faydaya əsaslanan tərəfdaşlıqlar vasitəsilə bu çağırışlara praktik cavab təklif edir".

D.Xətib əlavə edib ki, sentyabrın 11-də Cənub-Cənub və üçtərəfli əməkdaşlıq üzrə Qlobal Alyansın fəaliyyətə başlaması rəsmi şəkildə elan ediləcək:

"Alyans həll yolları axtaran ölkələri bilik, ekspertiza və katalitik dəstək təklif edən tərəfdaşlarla əlaqələndirəcək. Biz UNOSSC və AIDA, eləcə də Azərbaycan hökuməti arasında tərəfdaşlığın daha da dərinləşməsini səbirsizliklə gözləyirik".

Oxşar xəbərlər

Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Şəhid analarının iştirakı ilə Vətən müharibəsində Zəfərin 5 illiyinə həsr olunmuş tədbir keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Bakıda Azərbaycan Könüllülərinin VIII Həmrəylik Forumu keçirildi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər