Meksika Səfirliyi Şuşada Müstəqillik Günü münasibətilə qəbul təşkil edib
Far.Az xəbər saytı

Meksika Səfirliyi Şuşada Müstəqillik Günü münasibətilə qəbul təşkil edib


Meksikanın Azərbaycandakı Səfirliyi Şuşada bu ölkənin Müstəqillik Günü münasibətilə qəbul təşkil edib.

"Report"un Qarabağa ezam olunan əməkdaşı xəbər verir ki, tədbirdə Şuşada səfərdə olan diplomatik korpus nümayəndələri iştirak ediblər.

Tədbir zamanı Azərbaycan və Meksika nümayəndələri çıxış ediblər.

Bildirilib ki, Şuşada müxtəlif ölkələrin milli günlərinə və mühüm tarixlərinə həsr olunmuş tədbirlərin keçirilməsi, şəhərin Azərbaycanın diplomatik mərkəzlərindən birinə çevrildiyindən xəbər verir.

Qeyd edək ki, bu gün diplomatik korpus nümayəndələrinin Qarabağa və Şərqi Zəngəzura növbəti ikigünlük səfəri başlayıb.

Diplomatları Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müşayiət edir.

Nümayəndə heyətinin tərkibinə 58 ölkənin və 9 beynəlxalq təşkilatın 150 nümayəndəsi daxil olub.

Oxşar xəbərlər

Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Leyla Əliyeva və Alyona Əliyeva Müstəqillik Gününə həsr olunmuş konserti izləyiblər
Bakıda WUF13-ün açılış mərasimi keçirilir, Prezident İlham Əliyev tədbirdə çıxış edib
Buxarestdə Azərbaycanın Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər