Şəhər yollarında kiçikölçülü avtomobillərdən istifadə təhlükəlidir?
Far.Az xəbər saytı

Şəhər yollarında kiçikölçülü avtomobillərdən istifadə təhlükəlidir?


Son günlər sosial şəbəkələrdə kiçik ölçüləri və fərqli görünüşü ilə seçilən avtomobillər böyük marağa səbəb olub.

Far.Az Baku TV-yə istinadən xəbər verir ki, qiyməti 9-18 min manat arasında dəyişən bu modellərin bəziləri saatda 80-100 kilometrədək sürət yığa bilir.

Satıcı Muraz Hudulov bildirir ki, ölkəmizdə bu tip avtomobillər əsasən əyləncə və drift məqsədilə istifadə olunur. Xarici ölkələrdə isə onlardan gündəlik nəqliyyat vasitəsi kimi də yararlanırlar.

Nəqliyyat eksperti Elməddin Muradlının sözlərinə görə, bu nəqliyyat vasitələri oyuncaq deyil və onların idarə olunması üçün müəyyən tələblər mövcuddur.

"Bu avtomobillərin nəqliyyat vasitəsi olması onu istədiyin yerdə, istədiyin yolda istənilən formada sürə bilmək mənasına gəlmir. Bu avtomobillər üçün xüsusi meydançalar, qapalı zonalar tələb olunur. Bu nəqliyyat vasitələrini idarə etməyə sürücülük hüququ da tələb edilir. "A1" altkateqoriyası lazımdır".

Oxşar xəbərlər

Son iki saatda İrandan Azərbaycana daha 9 nəfər təxliyə olunub
Son üç saatda İrandan Azərbaycana 50 nəfər təxliyə edilib - YENİLƏNİB-6
Şəhid olmuş bir qrup hərbi qulluqçu və mülki işçi ölümündən sonra təltif olunub
Son iki saatda İrandan Azərbaycana 10 nəfər təxliyə edilib - YENİLƏNİB-5
Bakının mərkəzində əyləncə məkanının fəaliyyəti dayandırıldı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər