Fransanın şimalında qatar relsdən çıxıb, 40-dan çox insan xəsarət alıb
Fransanın şimalında şəhərlərarası qatarın relsdən çıxması nəticəsində 44 nəfər xəsarət alıb.
"Far.Az" xəbər verir ki, bu barədə BFMTV telekanalı məlumat yayıb.
"Ruan və Kan şəhərləri arasındakı marşrutla hərəkət edən sərnişin qatarı 11 sentyabr, cümə günü saat 19:30 radələrində (Bakı vaxtı ilə 21:30 - red.) Kleon və Turvil-La-Rivyer kommunalarının yaxınlığında qismən relsdən çıxıb. Qatarda 200-ə yaxın sərnişin olub. Dənizkənarı Sena prefekti departamentin əməliyyat qərargahını toplayıb və çox sayda zərərçəkənə yardım göstərilməsi planının tətbiq edildiyini elan edib", - prefekturanın bəyanatında deyilir.
Departament prefektinin sözlərinə görə, hadisə nəticəsində 44 nəfər xəsarət alıb, zərərçəkənlərdən birinin vəziyyəti kritik qiymətləndirilir.
İlkin məlumata görə, qatar hər hansı bir obyektlə toqquşub, bundan sonra vaqonlardan biri aşıb, daha dördü isə relsdən çıxıb.
Ruanın aidiyyəti idarəsi hadisənin başvermə şəraitini müəyyənləşdirir.
Oxşar xəbərlər
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
III MDB Oyunları: Azərbaycanın üç karateçisi qızıl, biri gümüş, dördü isə bürünc medallar qazandılar
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Livan və İsrail nümayəndə heyətləri Romada danışıqlar aparacaq
-
Oman sahillərində iki gəmi hücuma məruz qalıb
-
ABŞ-də dizelin qiyməti tarixi maksimuma çatıb
-
Bakıda 9 mərtəbəli yataqxana TƏMİR OLUNACAQ
-
İran yeraltı müəssisələrdə ballistik raket istehsalını bərpa edib
-
Tramp İranla münaqişənin nə vaxt başa çatacağını açıqlayıb













