Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
Far.Az xəbər saytı

Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı


Küçədə yaşayan heyvanların sahibsiz olması onların hüquqsuz olduğu anlamına gəlmir. Heyvana ağrı və əzab vermək, onu döymək və ya döyüşdürmək qanunvericiliklə inzibati məsuliyyət yaradan əməllər sırasındadır.

BAKU.WS-in məlumatına görə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 274-cü maddəsində heyvanlarla rəhmsiz rəftara görə konkret cərimələr müəyyən edilib.

Belə ki, heyvana ağrı, əzab və işgəncə vermək, onu döymək və ya döyüşdürmək 500 manatdan 800 manatadək cərimə ilə nəticələnə bilər.

Əgər bu hərəkətlər nümayişkaranə şəkildə, o cümlədən mediada nümayiş etdirilməklə törədilərsə, cərimənin məbləği 800 manatdan 1000 manatadək artır.

Rəhmsiz rəftar nəticəsində heyvan şikəst edilərsə, həmin əmələ görə 1000 manatdan 1500 manatadək cərimə nəzərdə tutulur.

Əgər heyvana qarşı edilən zorakılıq onun tələf olması ilə nəticələnərsə, cərimə 1500 manatdan 2000 manatadək ola bilər. Bu halda işin hallarından və şəxsin vəziyyətindən asılı olaraq bir ayadək inzibati həbs də tətbiq edilə bilər.

Bundan başqa, heyvanlarla rəhmsiz rəftarın təbliğ edilməsi, belə davranışa açıq çağırışlar edilməsi və bu cür görüntülərin kommersiya məqsədilə istifadəsi də ayrıca məsuliyyət yaradır. Bu əməllərə görə 1000 manatdan 1500 manatadək cərimə və ya müəyyən hallarda bir ayadək inzibati həbs tətbiq edilə bilər.

Qanundakı bu normalar o deməkdir ki, heyvanın küçədə yaşaması ona qarşı zorakılığa haqq qazandırmır. Hadisənin şahidi olan şəxslər isə öz təhlükəsizliklərini nəzərə alaraq mümkün sübutları, o cümlədən foto və video görüntüləri qoruyaraq aidiyyəti qurumlara məlumat verə bilərlər.

Oxşar xəbərlər

Leyla Əliyeva Yevlaxda Sahibsiz Heyvanlara Qayğı Mərkəzinin regional bölməsinin açılışında iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər