Husilər "Göz yaşları qapısı"na çatdılar: Dünya neftinin mühüm marşrutu təhlükədə
Far.Az xəbər saytı

Husilər "Göz yaşları qapısı"na çatdılar: Dünya neftinin mühüm marşrutu təhlükədə


İranla müttəfiq olan husilərin sürətli hücumu onları Yaxın Şərqin mühüm su yoluna nəzarət edə biləcək mövqeyə gətirib və bu, İranla müharibəsi yeddinci ayına qədəm qoyan ABŞ Prezidenti Donald Tramp üçün yeni ciddi problem yaradıb.

Far.Az Oxu.Az-a istinadən xəbər verir ki, sentyabrın 11-də husilər Perim adasına çataraq Qırmızı dənizin girişinə nəzarət imkanlarını artırıblar.

Səudiyyə Ərəbistanının neft ixracı üçün risklər Hörmüz boğazında yaranan fasilələrin daşımaları Qırmızı dəniz limanlarına yönəltməsindən sonra daha da artıb.

Tramp Səudiyyə Ərəbistanının vəliəhdinə ABŞ-nin kəşfiyyat məlumatlarını paylaşacağını, lakin hələlik birbaşa müdaxilə etməyəcəyini bildirib.

Yaxın Şərqdə münaqişəni genişləndirən husilər Yəmən sahilləri boyunca cənuba doğru irəliləyərək Bab əl-Məndəb boğazını - Qırmızı dənizin girişində yerləşən və "Göz yaşları qapısı" adlandırılan su yolunu - bağlamaq imkanlarını artırıblar. Bu isə Tehrana regionun əsas neft daşımalarının həyata keçirildiyi hər iki marşruta potensial təsir imkanı verir.

Oxşar xəbərlər

Husilərin uğuru – qiyamçılar yenidən regionun təhdid mənbəyi kimi - ŞƏRH
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər