Azərbaycanın Serbiyadakı səfiri Belqradda Heydər Əliyevin abidəsini ziyarət edib
Far.Az xəbər saytı

Azərbaycanın Serbiyadakı səfiri Belqradda Heydər Əliyevin abidəsini ziyarət edib


Azərbaycanın Serbiyadakı fövqəladə və səlahiyyətli səfiri Tahir Tağızadə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib.

"Report"un Balkan bürosu xəbər verir ki, Serbiyaya yeni təyin olunmuş səfir bu ölkənin Prezidenti Aleksandar Vuçiçə etimadnaməsini təqdim etdikdən sonra Taşmaydan parkında yerləşən Heydər Əliyevin abidəsini hərbi attaşe Elməddin Həsənov və səfirlik əməkdaşları ilə birlikdə ziyarət edib.

Səfir Tahir Tağızadə, Azərbaycanın Serbiyadakı hərbi attaşesi Elməddin Həsənov və səfirliyin əməkdaşları ziyarət çərçivəsində abidənin önünə güllər düzüblər.

Daha sonra həmin parkda ucaldılmış görkəmli serb yazıçısı Milorad Paviçin heykəli və 1999-cu ildə Belqrad şəhərinin bombalanması zamanı həlak olmuş uşaqların xatirəsinə ucaldılmış "Biz sadəcə uşaqlar idik" abidəsi ziyarət edilib, hər iki abidənin önünə güllər qoyulub.

Qeyd edək ki, Tahir Tağızadə etimadnaməsini bu gün Serbiya Prezidenti Aleksandar Vuçiçə Serbiya Sarayında təqdim edib.

Xatırladaq ki, Tahir Tağızadə bundan əvvəl Azərbaycanın Macarıstandakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsində fəaliyyət göstərib.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Leyla və Arzu Əliyevalar Dənizkənarı Milli Parkda açılış və təqdimat mərasimlərində iştirak ediblər
Belqrad – tarixlə müasirliyin qovuşduğu şəhərdən REPORTAJ
Şəkidə "Ümummilli Lider Heydər Əliyev və Azərbaycanın mədəniyyət dəyərləri" mövzusunda tədbir keçirilib
Sumqayıt Sənaye Parkında karton və qutu taralarının istehsalı müəssisəsinin açılışı olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər