Azad edilmiş ərazilərdə yeni tədris ilində məktəblərin sayı 52-yə çatdırılacaq
Azad edilmiş ərazilərdə fəaliyyət göstərən məktəblərin sayı 52-yə çatdırılacaq.
Far.Az report-a istinadən xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktoru Eşqi Bağırov təhsil işçilərinin sentyabr konfransında deyib.
Onun sözlərinə görə, ötən tədris ilində Qarabağ və Şərqi Zəngəzurda fəaliyyət göstərən təhsil müəssisələrinin sayı 37-yə çatdırılıb:
"Yeni tədris ilindən azad edilmiş ərazilərdə fəaliyyət göstərən təhsil müəssisələrinin sayının 52-yə çatdırılması nəzərdə tutulur. Eyni zamanda ölkənin digər bölgələrində də yeni təhsil müəssisələri şagirdlərin istifadəsinə veriləcək. Belə ki, yeni tədris ilindən 43 yeni ümumi təhsil müəssisəsinin fəaliyyətə başlaması nəzərdə tutulur".
Direktor bildirib ki, son aylarda 1000 təhsil müəssisəsində təmir işləri aparılıb, bu da təxminən 550 min şagirdin təhsil mühitinin yaxşılaşdırılması deməkdir:
"Strategiyada qarşıya qoyulan hədəflərdən biri bu göstəricinin 1:6 nisbətinə çatdırılmasıdır. Son illər hər il 40 mindən çox kompüter olmaqla şagirdlərin istifadəsinə verilib. Bu ilin sonunadək əlavə 40 mindən çox kompüterin şagirdlərin istifadəsinə verilməsi ilə şagird-kompüter nisbətinin 1:6 səviyyəsinə çatdırılması nəzərdə tutulur".
Eşqi Bağırov həmçinin yeni tədris ili üçün qarşıya qoyulan hədəfləri də açıqlayıb:
"Əsas istiqamətlər ötən tədris ilində müəyyənləşdirilən hədəflərlə, demək olar, eynidir. Bu da Azərbaycan dili, riyaziyyat və beşinci sinifdə rəqəmsal savadlılıq üzrə aşağı, zəif nəticə göstərən şagirdlərin payının azaldılması, yüksək nəticə göstərən şagirdlərin payında isə artıma nail olmaqdır".
Oxşar xəbərlər
Qarabağ və Şərqi Zəngəzurda torpaq icarəsinə dair yeni müqavilələr imzalanıb
20 Sentyabr - Neftçilər Günü münasibətilə tədbir keçirilib
Din xadimləri Qarabağ və Şərqi Zəngəzurdakı tarixi-dini abidələri ziyarət ediblər
Amnistiya aktı məntəqə tipli cəzaçəkmə müəssisəsində icra olunub
Global Media Group BMT-nin Qlobal Sazişi ilə birgə "Dayanıqlı yaşayış mühitinin dili" mövzusunda media sessiyası təşkil edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Sabah" İngiltərədə "Mançester Yunayted"ə böyük hesabla məğlub olub
-
Dambrauskas: "Mançester Yunayted" uşaqlıqdan dəstəklədiyim klubdur, bu məğlubiyyət böyük təcrübədir"
-
Braziliyada kiçik təyyarə qəzaya uğrayıb, 3 nəfər ölüb
-
UEFA Çempionlar Liqası: "Sabah" "Mançester Yunayted"ə böyük hesabla məğlub olub - YENİLƏNİB-7
-
Livan və İsrail nümayəndə heyətləri Romada danışıqlar aparacaq
-
Ölüm qapılarını döymədən dəqiqələr əvvəl - Şəkidə çəkilən son görüntülər













