Azərbaycan ADB ilə enerji əməkdaşlığının genişləndirilməsini müzakirə edib
Azərbaycan və Asiya İnkişaf Bankının (ADB) arasında enerji əməkdaşlığının genişləndirilməsi müzakirə edilib.
"Report" Energetika Nazirliyinə istinadən xəbər verir ki, bu barədə müzakirələr nazir Pərviz Şahbazovun ADB-nin Direktorlar Şurasının icraçı direktoru Satya Srinivasın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə aparılıb.
Görüşdə Azərbaycanla ADB arasında enerji sahəsində uzunmüddətli əməkdaşlıq yüksək qiymətləndirilib, bərpa olunan enerji, regional yaşıl enerji dəhlizləri, elektrik şəbəkələrinin gücləndirilməsi, dənizdə külək enerjisi layihələrinin inkişafı və istilik təchizatı üzrə tərəfdaşlığın inkişafı müzakirə edilib.
Nazir Azərbaycanın enerji təhlükəsizliyində rolu, enerji sisteminin şaxələndirilməsi və bərpa olunan enerjinin inkişafı istiqamətində görülən işlər barədə məlumat verib. Bildirilib ki, gələn il bərpa olunan enerji mənbələrinin ümumi quraşdırılmış gücdə payının 30 %-i ötəcəyi gözlənilir. Əlavə yaşıl enerji güclərinin sistemə inteqrasiyası imkanlarının müəyyənləşdirilməsi məqsədilə şəbəkə tədqiqatı aparılır. Süni intellekt, data mərkəzləri və rəqəmsallaşmanın elektrik enerjisinə tələbatı artırması fonunda generasiya ilə yanaşı, ötürmə imkanlarının və regional interkonnektorların inkişafının əhəmiyyəti vurğulanıb. "Xəzər-Qara dəniz-Avropa", "Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan", "Azərbaycan-Mərkəzi Asiya" və Naxçıvandan keçməklə Türkiyə və Avropa istiqamətində yaşıl enerji dəhlizləri üzrə görülən işlər nəzərdən keçirilib. AİB-in dəstəyi ilə həyata keçirilən Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında yaşıl enerji dəhlizinin texniki-iqtisadi əsaslandırmasının 2027-ci ilin mayında tamamlanmasının nəzərdə tutulduğu qeyd edilib.
"Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi" üzrə texniki-iqtisadi əsaslandırmanın nəticələri barədə məlumat verilib. Üç mərhələdə ümumilikdə təxminən 4 QVt ötürmə gücü ilə reallaşdırılması nəzərdə tutulan layihənin maliyyələşdirilməsində beynəlxalq maliyyə institutlarının iştirakı imkanlarına toxunulub.
Həmçinin bərpa olunan enerji layihələrində özəl sektorun iştirakı, ADB-nin maliyyə dəstəyi imkanları, istilik təchizatı sektorunun inkişafı üzrə texniki yardım layihəsi ətrafında fikir mübadiləsi aparılıb.
Görüşdə ADB-nin iqlim fəaliyyəti, özəl sektor və regional əməkdaşlıq üzrə prioritetlərinin Azərbaycanın enerji gündəliyi ilə uyğunluq təşkil etdiyi, xüsusilə bərpa olunan enerji və regional bağlantılar üzrə əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğu bildirilib.
Oxşar xəbərlər
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Ötən ilin "yaşıl enerji" gündəminə baxış - TƏHLİL
Prezident İlham Əliyev Şuşanın Böyük Qaladərəsi kəndində görülən işlərlə tanış olub, sakinlərlə görüşüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Naxçıvanda yeni tədris ilində 49 min şagird təhsil alacaq
-
Bakının Yasamal rayonunun bəzi ərazilərində qaz təchizatında qısamüddətli fasilə olacaq
-
"AzerGold" Naxçıvanın mineral potensialını xarici şirkətlə birgə araşdıracaq
-
Ağcabədidə Aqrar Biznes Festivalı və Toxum Sərgi-Satış Yarmarkası keçirilib
-
Gədəbəydə güllələnmiş meyit tapıldı
-
Xocavəndə köçən ailələrə mənzillərin açarları təqdim edilib - YENİLƏNİB-2













