David Domqjoni: "Öz üzərimizdə işləsək, "Kəpəz" daha yüksək yerlərdə qərarlaşacaq"
"Kəpəz" komandası öz üzərində işləsə, gələcəkdə daha yüksək yerlərdə qərarlaşacaq.
"Report" xəbər verir ki, bunu Gəncə təmsilçisinin müdaifəçisi David Domqjoni klubun mətbuat xidmətinə açıqlamasında bildirib.
Albaniyalı futbolçu komandadakı debütündən və "Kəpəz"ə transferindən danışıb:
"Qəbələ"yə qarşı oyundakı debütüm yaxşı alındı. Zaman keçdikcə, komanda yoldaşlarımı daha yaxşı tanıdıqca, bundan da güclü çıxış edəcəyəm. İstənilən halda, mənim "Kəpəz" formasında ilk oyunumun qələbə ilə başa çatmasına görə çox xoşbəxtəm. Təklif gələndə, "Kəpəz"in köklü klub olduğunu öyrəndim. "Sarı-göylər"in tarixi haqqında məlumat topladım. Anladım ki, bu, mənim tipli futbolçular üçün uyğun komandadır. Tədricən kollektivin bir hissəsinə çevrilməyə çalışıram. Ümidvaram ki, komanda olaraq üzərimizdə işləsək, "Kəpəz" gələcəkdə daha yüksək yerlərdə qərarlaşacaq".
O, "Kəpəz" komandası ilə azarkeşlər arasında sıx bağlılığın olduğunu söyləyib:
"Əminliklə söyləyə bilərəm ki, klubun azarkeşlərlə sıx bağlılığı var. Bu, mənim diqqətimi çəkən ən böyük məqamdır. Azarkeş amili "Kəpəz"in ən güclü tərəfidir. İnanıram ki, azarkeşlərin dəstəyi sayəsində daha böyük uğurlara imza atacağıq. Biz onlar üçün, eləcə də bütün Gəncə üçün oynayırıq. Tribunalarda belə çoxlu sayda tərəfdar gördükdə, meydançada əsl döyüşçüyə çevrilirik".
Qeyd edək ki, 29 yaşlı David Domqjoni bu ayın əvvəli "Kəpəz"ə transfer olunub. O, son olaraq İsrailin "Hapoel" (Yerusəlim) klubunda çıxış edib.
Oxşar xəbərlər
Leyla Əliyeva və Alyona Əliyeva Qubada internat tipli ümumtəhsil məktəbini və STEAM mərkəzini ziyarət ediblər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Naxçıvanda yeni tədris ilində 49 min şagird təhsil alacaq
-
"AzerGold" Naxçıvanın mineral potensialını xarici şirkətlə birgə araşdıracaq
-
Ağcabədidə Aqrar Biznes Festivalı və Toxum Sərgi-Satış Yarmarkası keçirilib
-
Gədəbəydə güllələnmiş meyit tapıldı
-
Xocavəndə köçən ailələrə mənzillərin açarları təqdim edilib - YENİLƏNİB-2
-
Lənkəranda bərabərlik və ayrı-seçkiliyə qarşı mübarizə mövzusunda üçgünlük təlim təşkil olunub













