ABŞ ordusu SEPAH-ın iki katerini məhv edib
ABŞ hərbçiləri ölkənin Hərbi Dəniz Qüvvələrinin pilotsuz suüstü aparatını ələ keçirməyə cəhd edən İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) iki katerini raket zərbəsi ilə məhv ediblər.
"Report" "Axios"a istinadən xəbər verir ki, bu məlumatı ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) nümayəndəsi, kapitan Tim Hokins təsdiqləyib.
Onun sözlərinə görə, İranın kiçik gəmiləri bu yaxınlarda ABŞ pilotsuz aparatını zərərsizləşdirməyə cəhd etsələr də, CENTCOM qüvvələrinin qətiyyətli reaksiyasından sonra buna nail ola bilməyiblər. Aparat komandanlığın nəzarəti altında qalır.
Eyni zamanda, İran mediasının iddialarına görə, balıqçı qayıqları vurulub və bir neçə balıqçı itkin düşmüş hesab olunur.
Amerikalı rəsmi həmçinin "Axios"a bildirib ki, hazırda ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmiləri son həftələrdə olduğu kimi yalnız gecə deyil, gündüz vaxtı da Hörmüz boğazından keçən tankerləri müşayiət edirlər.
Oxşar xəbərlər
Bakıda keçirilən WUF13 dünya mediasının diqqət mərkəzindədir
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçu təltif edilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Naxçıvanda yeni tədris ilində 49 min şagird təhsil alacaq
-
Bakının Yasamal rayonunun bəzi ərazilərində qaz təchizatında qısamüddətli fasilə olacaq
-
"AzerGold" Naxçıvanın mineral potensialını xarici şirkətlə birgə araşdıracaq
-
Ağcabədidə Aqrar Biznes Festivalı və Toxum Sərgi-Satış Yarmarkası keçirilib
-
Gədəbəydə güllələnmiş meyit tapıldı
-
Xocavəndə köçən ailələrə mənzillərin açarları təqdim edilib - YENİLƏNİB-2













