TDT Baş katibi: "Türk dövlətləri Orta Dəhlizdə tranzit xərclərini və yubanmaları azaltmağa çalışır"
Far.Az xəbər saytı

TDT Baş katibi: "Türk dövlətləri Orta Dəhlizdə tranzit xərclərini və yubanmaları azaltmağa çalışır"


Türk dövlətləri Orta Dəhlizdə tranzit xərclərini və yubanmaları azaltmağa çalışır.

"Far.Az" xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Omuralıyev Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının Aparıcı Milli Analitik Mərkəzlərinin II Beynəlxalq Konfransında bildirib.

Onun sözlərinə görə, hədəflər yalnız ticarət həcmini artırmaqla məhdudlaşmamalıdır: "Bu ticarəti daha sürətli, daha səmərəli, daha rəqəmsal, daha şaxələndirilmiş və regiondakı bizneslər və icmalar üçün daha faydalı etməliyik. Bu baxımdan, "Türk Dünyası Baxışı 2040" mühüm yol xəritəsi təqdim edir. Bu sənəd bizi iqtisadi inteqrasiyanı dərinləşdirməyə, əlaqələndirməni yaxşılaşdırmağa, təsisatları möhkəmləndirməyə, biliyə əsaslanan sahələrə sərmayə qoymağa, davamlı və inklüziv artımı təşviq etməyə çağırır.

"Bizim birinci prioritetimiz əlaqələndirmədir (nəqliyyat-logistika). "Orta Dəhliz" kimi də tanınan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu Türk dövlətləri arasında davamlı iqtisadi əməkdaşlıq üçün ən mühüm marşrutlardan birinə çevrilə bilər. Bu, Asiya ilə Avropa arasında Türk regionundan keçən və ticarət, sərmayə və iqtisadi inkişaf üçün yeni imkanlar yaradan strateji bir körpüdür. Lakin Orta Dəhlizin uğuru yalnız fiziki infrastrukturdan asılı olmayacaq. Limanlar, dəmir yolları, avtomobil yolları və logistika mərkəzləri uyğunlaşdırılmış standartların hərtərəfli sistemi, süni intellektə əsaslanan səmərəli sərhəd prosedurları, əlaqələndirilmiş tariflər və rəqəmsal gömrük xidmətləri ilə dəstəklənməlidir. Əlahiddə olaraq, Təşkilat bu səbəbdən sadələşdirilmiş gömrük dəhlizi, e-Permit, e-CMR və Rəqəmsal Yük kimi təşəbbüslər üzərində işləyir. Bu layihələr tranzit yubanmalarını azalda, xərcləri aşağı sala və tacirlər ilə sərmayəçilər arasında inamı artıra bilər", - deyə Baş katib qeyd edib.

Oxşar xəbərlər

Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Yeni Klinikada Yeni Robotik Reabilitasiya və Sümük İliyi Transplantasiyası mərkəzlərinin açılışı olub
İlham Əliyev Türküstanda TDT-nin qeyri-rəsmi Zirvə görüşündə iştirak edib
Bakıda TDT Xəritəçəkmə Qurumları Rəhbərlərinin ikinci iclası keçirilib, bəyannamə qəbul edilib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər